Accessibility links

Əfqanıstanda bomba partlayışı nəticəsində beş nəfər həlak olub


Əfqanıstanın cənub-şərqində yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində qadınlar və uşaqlar daxil olmaqla beş avtobus sərnişini həlak olub.

Rəsmilər Qəzni vilayətində baş vermiş partlayışın 11 nəfərin yaralanmasına səbəb olduğunu bildirir. Avtobus paytaxt Kabildən cənub istiqamətində Qəndəhar şəhərinə səfər edirdir.

Xəstəxanada olan yaralanan sərnişinlərdən biri Röyters xəbər agentlyinə bildirib ki, avtobus partlayışın baş verdiyi yerə yetişən zaman koalisiya əsgərləri sürücüyə irəli getməmək haqda xəbərdarlıq edib, lakin sürücü onların xəbərdarlığını əhəmiyyətsiz qoyub.

Bazar günü baş vermiş partlayışa görə məsuliyyət öz üzərinə götürən olmayıb. Yol kənarında bomba yerləşdirilməsi yaraqlıların geniş istifadə etdiyi taktikalardan biridir.
XS
SM
MD
LG