Accessibility links

Kabildə Rusiya səfirliyinin qarşısında intiharçı bomba hücumu baş verib


Əfqanıstan rəsmiləri Kabildə Rusiya səfirliyinin qarşısında intiharçının maşına yerləşdirilmiş bombanı parlatdığını bildirib. Hadisə nəticəsində yeddi nəfər həlak olub, onlardan üçü qadındır.

Polisin bildirdiyinə görə, hücumun əsas hədəfi Əfqanıstanın özəl tele kanalının çəkiliş qrupunu daşıyan mini avtobus olub. Ölənlər arasında Tolo televiziyasının bir neçə əməkdaşı da var.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən Taliban qrupu Tolo tele kanalının əməkdaşlarını hədəf aldığını bildirib. Amerikanın Səsi də daxil olmaqla bir sıra media qurumlarına göndərdiyi bəyanatda Talibanın sözçüsü Zəbiullah Mücahid tele kanalı İslam, Əfqanıstan və Taliban əleyhinə xəbərlər yaymaqda ittiham edib və Əfqanıstan mediasını çərşənbə günü baş vermis hücumdan dərs götürməyə çağırıb.

Rusiyanın xarici işlər nazirliyinin rəsmiləri Rusiya səfirliyinin əməkdaşları arasında xəsarət alan olmadığını və Kabildə diplomatik missiyada təhlükəsizliyin artırılacağını bildirib.

NATO-nun Əfqanıstanda missiyası hücumu qətiyyətlə pisləyib. “Xüsusilə də jurnalistləri hədəf almaqla terrorçular bir daha göstərdilər ki, onları Əfqanıstan xalqının gələcəyi maraqlandırmır. Azad mətbuat Əfqanıstanın gələcəyi üçün olduqca önəmlidir və biz Əfqanıstan tarixinin bu mühüm dövründə jurnalist olmaq kimi seçim edən kişi və qadınlara borcluyuq”-deyə missiyanın başçısı, briqada generalı Vilson Şoffner bildirib.

Əfqanıstanın Səhiyyə naziri Məhəmməd İsmayıl Kavasi Amerikanın Səsinə bildirib ki, bomba hücumu nəticəsində təxminən 23 nəfər yaralanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG