Accessibility links

Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, Taliban yaraqlıları tərəfindən 17 adamın başı kəsilib. Helmənd vilayətində qətlə yetirilən mülki vətəndaşların 15-I kişi, 2-si qadındır. Onlar musiqi və rəqslərlə müşayiət edilən qonaqlıda birlikdə iştirak etdikləri üçün cəzalandırılıb.

Əfqanıstan prezidenti Həmis Karzay hadisəni "bağışlanılmaz cinayət" adlandırıb.

Bu hadisədən bir neçə saat sonra yaraqlılar Vaşir mahalındakı hərbi posta hücum edərək, 10 əfqan əsgərini qətlə yetirib. Hücum zamanı 4 əsgər yaralanıb. 5 əsgərin yaraqlılar tərəfindən aparıldığı bildirilir. Lakin onların girov götürüldüyü və ya könüllü şəkildə yaraqlılara qoşulduğu bəlli deyil.

Bu arada, NATO Əfqanıstanın Milli Ordusunun əsgərinin koalisiya qüvvələrinin üzvlərini atəşə tuduğunu və hücuma cavab olaraq onun öldürüldüyünü bildirib.
XS
SM
MD
LG