Accessibility links

Əfqanıstanda NATO-nun üç əsgəri öldürülüb



NATO-nun Əfqanıstanda başçılıq etdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin rəsmiləri bazar günü ölkənin şərqində alyansın üç əsgərinin öldürüldüyünü bildirib. Bu, avqust ayında NATO qüvvələrinin Əfqanıstanda ilk tələfatıdır.

Alyansın verdiyi bəyanatda əsgərin mənsub olduğu ölkənin adı açıqlanmayıb.

Röyters xəbər agentliyi ABŞ rəsmilərinə istinadən əsgərlərin amerikalı olduğu haqda məlumat verib. Onların Əfqanıstanın Pakistanla sərhəd bölgəsində yerləşən Paktiya vilayətində yaraqlılar tərəfindən öldürüldüyü bildirilir. ABŞ-ın başçılığı ilə Əfqanıstanda 12 ildir gedən müharibə ərzində Paktiya ən şiddətli döyüşlərə səhnə olub.

Əfqanıstanda bu il münaqişə nəticəsində ölən əsgərlərin sayı bununla 103-ə çatıb. Bunların 78-i Amerika əsgəridir.

Beynəlxalq qüvvələr Əfqanıstanı 2014-cü ilin sonu tərk etməyə hazırlaşır.
XS
SM
MD
LG