Accessibility links

Elmar Məmmədyarov: Azərbaycan 2014-cü ildən sonra da Əfqanıstana yardım göstərməyə hazırdır


Elmar Məmmədyarov

Elmar Məmmədyarov

Əfqanıstanda Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinə töhfə verən dövlətlərin xarici işlər nazirlərinin görüşü olub

Dekabrın 4-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanda Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin xarici işlər nazirlərinin Brüsseldə NATO-nun mənzil-qərargahında keçirilən görüşündə iştirak edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazirlərin görüşündə müzakirələrin əsasını 2014-cü ildə başa çatacaq Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin əməliyyatından sonra NATO-ya üzv və tərəfdaş ölkələrinin Əfqanıstandakı yeni missiyası, nəzarətin əfqan milli təhlükəsizlik qüvvələrinə keçməsi və Əfqanıstan milli ordusuna yardım ətrafında fikir mübadiləsi təşkil edib. .

Nazir Məmmədyarov bildirib ki, Azərbaycanın potensial əməliyyat tərəfdaşı qismində 2014-cü ildən sonra da Əfqanıstana qüvvə, təlim, tranzit və maliyyə formasında yardımlar göstərməyə hazır və qadirdir.

“Azərbaycanın Əfqanıstanla münasibətləri strateji və qardaşlıq xarakteri daşıyır. İkitərəfli əsasda da Azərbaycanın Əfqanıstana yardım və dəstəyini əsirgəmir”, o qeyd edib.

Elmar Məmmədyarov səfər çərçivəsində Türkiyə, Xorvatiya, Estoniya, Gürcüstan, Rumıniya və Finlandiya xarici işlər nazirləri ilə ikitərəfli görüşlər də keçirib.

Görüşlər zamanı tərəflər NATO-nun Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatı, regional məsələlər, eləcə də enerji təhlükəsizliyi və müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.
XS
SM
MD
LG