Accessibility links

Əfqanıstan Azərbaycanda səfirlik açır


Əfqanıstanın bayrağı
Əfqanıstanın bayrağı

Əfqanıstanın xarici işlər naziri deyib ki, Azərbaycan və Əfqanıstan ən çətin vaxtlarda bir-birinə dəstək olub, iki ölkə xalqları arasında möhkəm əlaqələr var

Azərbaycanda Əfqanıstanın səfirliyi açılacaq. Bu barədə Bakıda səfərdə olan Əfqanıstanın xarici işlər naziri Zalmay Rəsul jurnalistlərə açıqlamasında bildirib.

Artıq Əfqanıstanın səfirinin müəyyənləşdiyini qeyd edən nazir Bakıya onunla birgə gəldiklərini deyib. Əfqanıstan ilə Azərbaycan arasında çox qədim tarixə əsaslanan münasibətlərin olduğunu qeyd edən Z.Rəsul Azərbaycan və Əfqanıstanın ən çətin vaxtlarda bir-birinə dəstək olduğunu, iki ölkə xalqları arasında möhkəm əlaqələr olduğunu qeyd edib.
XS
SM
MD
LG