Accessibility links

Əfqanıstanda qadın hüquqlarının qorunmasında müstəsna rolu olan Hənifə Safi öldürülüb

Əfqanıstan rəsmilərinin bildirdiyinə görə Əfqanıstanın Qadın Problemləri Nazirliyinin əməkdaşı bomba partlayışı nəticəsində həlak olub.

Əyalət rəsmilərinin verdiyi məlumata görə şərqi Lağman əyalətində qadın problemləri idarəsinin direktoru Hənifə Safi maşınının altında gizlədilən bomba partlayışı nəticəsində cümə günü əyalətin paytaxtı Mehterlam şəhərində həlak olub. Partlayış nəticəsində yeddi mülki vətəndaşla birlikdə onun həyat yoldaşı və qızı yaralanıblar.

Birləşmiş Millətlər Təşkilatı cümə günü baş vermiş partlayışı qətiyyətlə pisləyərək, hadisəni “dəhşət” adlandırıb. Birləşmiş Millətlər Təşkilatı Hənifənın Əfqanıstanda qadın hüquqlarının qorunmasında və dəstəklənməsində “yorulmadan çalışdığını” və bu “qorxunc cinayəti” törədənlərin mütləq ədalət məhkəməsinə cəlb edilməli olduğunu bildirib.

Talibanın başqa qadını ictimaiyyət qarşısında edam etməsini göstərən video yayımlandıqdan bir neçə gün sonra baş verən bu hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Həmçinin cümə günü NATO-nun bildirdiyinə görə Əfqanıstanın cənubunda yol kənarında yerləşdirilən bomba xidməti heyət üzvlərindən birini öldürüb. Koalisiya hadisə, ö cümlədən əsgərin milliyəti barədə ətraflı məlumat verməyib.
XS
SM
MD
LG