Accessibility links

Əfqan əsgərlə amerikalı təlimçilər arasında mübahisə ölümlə nəticələnib


Afghanistan Valley Of Death

Afghanistan Valley Of Death

Son günlər Əfqanıstandakı koalisiya qüvvələrinə qarşı həyata keçirilən hücumların fonunda bu gün əfqan ordu uniformasınfa olan bir şəxs 3 amerikalını, 2 əsgəri və bir mülki vətəndaşı qətlə yetirib.

Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin rəsmiləri deyir ki, hücum bu gün Paktika vilayəti yaxınlığındakı Əfqanıstan hərbi bazasında həyata keçirilib.

Vilayət rəsmiləri atışmaya əfqan əsgərlə amerikalı təlimçilər arasında mübahisənin səbəb olduğunu və hadisə zamanı 3 amerikalının da yaralandığını deyir. İnsident anı əfqan əsgər koalisiya qüvvələrinin cavab atəşi nəticəsində ölüb.

İlkin məlumatlarda ölən üç nəfərin əsgər olduğu deyilirdi.

Hazırda insidentlə bağlı bir nəfərin də saxlandığı və hərbi bazaya təhlükə olmadığı bildirilir.
XS
SM
MD
LG