Accessibility links

. "Lumières d'Afrique" – “Afrika İşıqları” sərgisi [Video]


Parisdə keçirilən COP21 sərgisindəki debütündən sonra 54 Afrika ölkəsi rəssamının əsərləri qitə boyu nümayiş etdiriləcək. "Lumières d'Afrique" – “Afrika İşıqları” adlanan bu sərginin məqsədi ilk növbədə insanları maarifləndirməkdir.

Bu, müasir incəsənət tarixində Afrika sənətkarlarını bir araya gətirən ilk sərgidir. Məqsəd isə birdir - “Afrika İşıqları”. Bu iddialı sərgi keçən ilin noyabr ayında Parisdə keçirilən İqlim Dəyişikliyi konfransından öncə açılıb.

“Rəssamları bir araya gətirmək asan olmadı. Bəzilərini tapmaqda çətinlik çəkdik” deyə, "Afrika Rəssamları" təşkilatından Jan Mişel Janpol bildirir.

Rəssamlar “İşıq” mövzusuna müxtəlif məna verib. Çad rəssamının əsərində olduğu kimi bəziləri bunu elektrik çatışmazlığının Afrikanın inkişafına maneə kimi qəbul edib. Cadlı rəssam Abduley Barri: “Bu gün inkişaf etmiş ölkələrdə mobil telefonlardan, notbuklardan istifadə edilir. Bizə də elektrik enerjisi lazımdır. Mən əminəm ki, inkişaf üçün bu gün işıq çox vacibdir.”

Başqaları isə bunu belə təsəvvür edir. Kamirondan rəssam Hervi Yumbi: “Afrikanın xəritəsinə baxarkən görürsən ki, bu dünyanın ən işıqlı qitəsidir. Afrikanın dünyanın məşəli olması üçün potensialı var. Mən arzu etdiklərimi insanlarla bölüşmək istədim”.

Bəziləri isə ideyanı Afrikadakı insanlardan götürüb. “Mənim əsərlərim daha çox qadınlara aiddir. Buna görə də mən onların hər birini Afrikanın işıqları kimi görürəm. Mənim üçün onlar işıqdırlar” deyə. Mavritaniyalı rəssam Emi Su bildirir.

Sərgidə Afrikanın ən istedadlı rəssamlarının, fotoqraflarının və heykəltəraşlarının əsərləri yer alıb.

XS
SM
MD
LG