Accessibility links

ABŞ dövlət katibi Hillari Klinton bu gün qısa səfərlə Nigeriyadadır. O, prezident Gudlak Conatan və ölkənin digər rəsmiləri ilə görüşür. Paytaxt Abucada dövlət katibi Nigeriya prezidentini artmaqda olan təriqətlərarası zorakılıqlara diqqət yetirməyə çağırmalıdır.

Nigeriya əhalisinin əksər hissəsini müsəlmanlar təşkil edir. Cənubda isə əsasən xristianlar məskunlaşıb.

Human Rights Watch qrupu bildirir ki, xanım Klinton islamçı Boko Hərəm qrupunun zorakılıqları, habelə təhlükəsizlik qüvvələrindəki korrupsiya məsələsini önə çəkməlidir. ABŞ Boko Hərrəm qrupunun üç liderini terrorçular siyahısına salıb.

ABŞ dövlət katibi Nigeriyadan Ganaya səfər edib, o ölkənin prezidenti Con Mahama ilə görüşməlidir. Hillari Klintonun növbəti səfəri Beninədir.

O, Afrika səfəri çərçivəsində artıq Seneqal, Uqanda, Cənubi Afrika, Kenya, Malavi və Cənubi Sudanda olub.
XS
SM
MD
LG