Accessibility links

Afrika Birliyi İslamçıların Maliyə nəzarətindən narahatdır


Afrika Birliyi Komissiyasının sədri Jan Pinq deyir ki, Əl-Qaidanın və onun müttəfiqlərinin istehkamlandıqları Mali qitənin üzləşdiyi bir nömrəli böhranlardan biridir.

Pinq Avropa Birliyinin Efiopiya paytaxtı Əddis Əbəbədə keçirilən sammitində çıxış edib. Zirvə toplantısının gündəliyində əsas məsələ Malidir.

Fil Dişi Sahilinin prezidenti Alassane Outtara terror qruplarının Malinin şimalında məskən salmaq məramlarını pisləyib.

Radikal İslamçılar Tuareq separatçılarının üsyanından dərhal sonra Malinin şimal səhralarında nəzarəti ələ alıblar. Militant qruplar zəbt etdikləri ərazilərdə insanları qəddarcasına döyür və dinə zidd hesab etdikləri qədim məbədləri sökürlər.
XS
SM
MD
LG