Accessibility links

Minlərlə insan Nelson Mandelanın anım mərasimi üçün bir araya gəlib. Cənubi Afrikada aparteidə qarşı mübarizə aparmış lider keçən həftə 95 yaşında vəfat edib.

İnsanlar soyuq, yağışlı gündə səhər saat 5-dən növbəyə durub. Onlar mərasimin başlamasına bir neçə saat qalmış Yohannesbuq stadionunun içərisində və ətrafında mahnılar oxuyub, rəqs edərək sabiq prezidenti yad ediblər.

80-dən çox dünya liderləri həmçinin mərasimdə iştirak etmək üçün Cənubi Afrikaya gedib.

ABŞ prezidenti Barak Obama ilə sabiq prezident Corc Buş da Cənubi Afrikadadır. Cənab Obama mərasimdə çıxış edib.

Cənab Mandela 27-il həbs həyatından sonra 1990-cı ildə ilk qaradərili prezident seçilib. BMT baş katibi Ban Ki-mun və cənab Mandelanın ailəsi mərasimdə çıxış edənlər arasında olub.

Mərasim 2010-cu ildə dünya çempionatının final oyunlarının keçirildiyi stadionda keçirilib. 80000-ə yaxın insanın iştirak etdiyi mərasimdə güclü təhlükəsizlik tədbirləri alınıb. Stadion həmçinin cənab Mandelanın xalq qarşısında son çıxış etdiyi yer kimi yadda qalıb.
XS
SM
MD
LG