Accessibility links

NATO təyyarələri Qəzzafinin tanklarını vurdu


NATO təyyarələri Qəzzafinin tanklarını vurdu

NATO təyyarələri Qəzzafinin tanklarını vurdu

NATO təyyarələri Müəmmər Qəzzafiyə sadiq qüvvələrin üsyançıların nəzarət etdiyi şəhərə hücumunu dayandırıb. NATO-nun hava zərbələri şərqi Əcdəbiyə yaxınlığında 11 hökumət tankını, Misrata şəhəri civarında isə 14 tankı məhv edib.

General-Leytenant Charles Bouchard hava zərbələrinin mülki əhalini artilleriya atəşinə tutan Qəzzafi qüvvələrini susdurmaq üçün vacib olduğunu bildirib.

Üsyançıların sözçüsü polkovnik Həmid Hassi Associated Press-ə bildirib ki, hava zərbələrindən sonra Əcdəbiyə şəhərinin bombalanması dayanıb.

Bu arada Afrika İttifaqının liderləri Liviyanın uzun müddətli lideri Müəmmər Qəzzafi ilə üsyançılar arasındakı siyasi böhranı həll etmək məqsədilə bu ölkəyə gəliblər.

Cənubi Afrika prezidenti Jacob Zuma Tripolidə Mavritaniya, Mali və Konqo prezidentlərinə qoşulacaq. Qrup cənab Qəzzafi ilə görüşdükdən sora üsyançıların rəhbərləri ilə görüşmək üçün Benqaziyə yollanacaq.

XS
SM
MD
LG