Accessibility links

Afrikada HİV-ə yoluxmuş kişilər müalicədən yayınırlar (audio)

  • Amerikanın səsi

Afrikada HİV-ə yoluxmuş kişilər müalicədən yayınırlar (audio)

Afrikada HİV-ə yoluxmuş kişilər müalicədən yayınırlar (audio)

Yeni araşdırmalar göstərir ki, səhra-altı Afrika ölkələrində HİV və QİÇS-dən müalicə olunmaq üçün müalicə mərkəzinə kişilər qadınlardan az müraciət edir. Bu isə o deməkdir ki, insanların əksəriyyəti vaxtından əvvəl xəstəliyin qurbanına çevrilir.

Edvard Mils Afrikada HİV və QİÇS müalicə proqramında uzun illər çalışıb. O deyir ki, kimin xəstəliyə qarşı antiretrovirus dərmanlar qəbul edib kimin etmədiyi çox aydındır.

Edvard Mils: “İzdihamlı tibbi mərkəzə daxil olduqda görərsiniz ki, xəstələr sirf qadın və uşaqlardan ibarətdir. Mərkəzdə bir və ya iki kişi görə bilərsiniz ki, onların da oraya könülsüz gəldikləri təsəvvürü yaranır. Əksər hallarda kişiləri xəstəxanaya həyat yoldaşları gətirir. Mən daim düşünürdüm görəsən kişilər nəyə görə xəstəxanaya müraciət etmir. Deyirdim bəlkə burada kişilər müalicə olmaq üçün yalnız kişi xəstəxanasına getməyə üstünlük verir. Bir neçə il hadisələri müşahidə etdikdən sonra kolleqalarımla məsələni müzakirə etdik və onlar mənə dedilər ki, burada kişilər ümumiyətlə xəstaxanaya gəlmir. Gələnlər də elə gördüyüm həmin bir, iki nəfərdi. Onlarıda əksər hallarda həyat yoldaşları xəstəxanaya gəlməyə məcbur edir .”

Afrikada HİV-ə yoluxmuş kişilər müalicədən yayınırlar (audio)

Afrikada HİV-ə yoluxmuş kişilər müalicədən yayınırlar (audio)

Edvard Mils dosentdir. O həmdə Ottawa Universitetində Səhiyə və Elm üzrə Kanada tədqiqat mərkəzinin rəhbəridir.

Edvard Mils: “Əgər bu sayda qadın HİV virusuna yoluxubsa, sözsüz bu virusa yoluxmuş kişilər də olmalıdı. Sonra mən insanların müayinədən keçdikləri mərkəzə getdim. Müayinə mərkəzi müalicə mərkəzindən fərqli yerlərdədir. Müayinə mərkəzində mən çox sayda kişi gördüm, amma onlar antiretroviral müalicə olunmaq üçün klinikaya gəlmirlər.”

Mils xəstə virusa yoluxduqlarını bildikdən sonra kişilərin nəyə görə öz həyatlarını xilas etmək uğrunda mübarizə aparmadıqlarını öyrənmək istəyib.

Məlum olub ki, virusa yoluxan kişilər əksər hallarda müəyyən qaydaları pozaraq təhlükəli münasibətlər nəticəsində xəstəliyə yoluxduqlarına görə müalicədən yayınırlar. Məsələn Uqanda kimi Xristian ölkələrində evlilikdən əvvəl qadınlarla yaxınlıq etmək qadağan olduğundan dini qaydaları pozduqlarına və ya evli kişilər həyat yoldaşlarına sadiq olmadıqlarına görə virusa yoluxarkən müalicə üçün xəstəxanaya müraciət etmir.

Mils deyir ki, kişilər cox zaman həyat yoldaşlarından utandıqlarına görə HİV-ə yoluxduqlarını gizlədir. Xəstəxanaya müraciət etmədiklərinə baxmayaraq onlar müalicə üçün yollar axtarırlar. Lakin onların tətbiq etdikləri müalicə üsulu işləməyəcək. Onlar ilk növbədə özlərini müalicə etmək məqsədi ilə Aspirin və Tylenol dərmanları qəbul edirlər, təhlükəli virusa yoluxduqlarını qəbul etmək istəmirlər. Bu o deməkdir ki, biz onlara HİV barədə düzgün məlumat vermirik. Onlar HİV-in xroniki xəstəlik olduğunu və vaxtında müalicə olmadıqları təqdirdə öləcəklərini bilmirlər. Adi dərmanlarla bu xəstəliyi müalicə etmək qeyri-mümkündür.

O deyir ki, qadınlar hamiləlik dövründə müayinədən keçən zaman xəstə olduqlarını öyrənirlər. Kişilər isə mərkəzə gələrkən artıq ağır vəziyyətdə olur.

Mils deyir ki, afrikalı kişiləri HİV-dən müalicə olunmağa ruhlandırmaq üçün yeni üsul tapmaq laz

XS
SM
MD
LG