Accessibility links

Çində afrikalı mühacirlər [Video]



Çin şirkətləri ötən illərdə Afrika ölkələrinə böyük investisiyalar edib və ümumiyyətlə Asiya ilə Afrika ölkələri arasında ticarət artıb. Bu iki qitə arasında iqtisadi əlaqələr möhkəmləndikcə Afrikadan Çinə gedən mühacirlərin də sayı son hesablamalara görə artaraq yarım milyona çatıb.

Turay Lamin Pekində “Afrika Evi” adlı restoranın sahibidir. Baxmayaraq ki, Turayın işçiləri və dostalrının əksəriyyəti Çinə yenicə gəlib, o burada artıq uzun müddətdir ki, yaşayır. Turay 1989-cu ildə buraya gəlib. O deyir ki, hələ uşaq ikən Sierra Leonedə yaşayan zaman Çin onun həyatının bir hissəsi olub.

Turay Lamin: “Mənim evimdən on dəqiqəlik məsafədə çinlilər körpü inşa edirdilər. Onların sayı olduqca çox idi. Mən ilk dəfə idi ki, bu sayda qeyri-afrikalı görürdüm.”

13 yaşında ikən o, tikintidə işləyən çinlilərdən Çin dilini öyrənməyə başlayır.

Turay Lamin: “Mənim evim həm də çörək bişirmə sexi idi. Biz onları çörəklə təmin edirdik. Bir gün onlar mənə Çin dilində kitab verdi və mən ilk dəfə “çox sağ ol” sözünü Çin dilində dedim.”

Bir çox afrikalı Çinə sahibkarlıq arzusu ilə gəldiklərini deyir. Adams Bodomo Honq Konq universitetində professordu. O, Amerikanın Səsinə Skype vasitəsilə müsahibə verib.

Adams Bodomo: “Çin və Afrika hökumət səviyyəsində getdikcə biri-birinə daha da yaxınlaşır. Bu yaxınlıq bu ölkələrin insanları arasında da müşahidə olunur.”

Roz Lin Zamoa altı il bundan əvvəl buraya model işləmək üçün gəlib və sonra özünə iaşə biznesi açıb. O, deyir ki, Qanadan sonra Çində yaşamaq onun üçün şok idi.



Roz Lin Zamoa: “Mən özümü yad planetdən gəlmə kimi hiss etdim. Təsəvvür edirsiz?”

Başqa irqdən olduğu üçün onunla fərqli rəftar edirdilər. Lakin onun gündəlik üzləşdiyi suallar irqçilikdən çox maraq xarakteri daşıyırdı.

Roz Lin Zamoa: “Buradakı irqçilik Amerika və ya Londondakı irqçilikdən fərqlənir. Mənim Çindəki irqçilikdən xoşum gəlir. Çinlilərin irqçiliyi əslində xoşa gələndir.”

Bir çox mühacir Çində müalicə alarkən ciddi narahatlıqlarla qarşılaşmalı olur. Onlar daim polis tərəfindən sorğu sual edilməkdən şikayətlənirlər. Afrikalıların fiziki görünüşü onları başqalarından fərqləndirir. Professor Bodomo deyir ki, afrikalılar başqalarından pis müalicə alır.

Adams Bodomo: “Bu faktdır. Mən özüm bunu təcrübə etmişəm. Quanqzou küçələrində afrikalılar dünyada başqa yerlərdən çox sorğu-sual edilirlər.”

Bütün bunlara baxmayaraq Roz deyir ki, Pekin onun üçün doğmadır. O, burada artıq çinli dostları və müştərilərilə yaxın münasibət qurup. .

Roz Lin Zamoa: “Çin mədəniyyəti Avropa mədəniyyətindən tamamilə fərqlənir. Çin mədəniyyəti Afrika mədəniyyətinə çox yaxındır.”

Hərçənd ki, Roz kimi bir çox mühacir bir vaxt Çini tərk edəcəklərini deyir, restoran sahibi Turay daim burada yaşayacağına əmindir. Afrikalıların Pekinə gəlməsilə o, biznesinin inkişaf etdiyini deyir.
XS
SM
MD
LG