Accessibility links

Afrikalılar Moskvada ayriseçkiliklə üzləşirlər [Video]


Afrikalılar Moskvada ayriseçkiliklə üzləşirlər
please wait

No media source currently available

0:00 0:03:58 0:00
Rusiyada millətçi skinhedlər “qaralar” deyəndə, əsasən Orta Asiya və Qafqazdan gəlmiş müsəlman mühacirləri nəzərdə tuturlar.

Ancaq Moskvada yaşayan afrikalılar deyir ki, onlar da həmçinin hədəf ola bilərlər.
Protestant kilsəsindəki afrikalı mühacirlər üçün Moskva dərisi fərqli insanlara xoş münasibət göstərməyən bir şəhərdir.

Konqo Demokratik Respublikasının vətəndaşı Rukunayi Pitsou deyir ki, 15 skinhed onu binaya qədər təqib edib və o, pəncərədən tullanıb canını qurtarıb, ancaq ayağını sındırıb: “Bunun qarşısını almaq olmur. Onlar belədir. Onlar qara insanları görmək istəmir. Onları gördüyündə hücum edirlər. onlar gəldiyində, heç nə edəbilməzsən. Onlar hücum edəndə, mərhəmət nədir bilrmirlər. Adamı vurur, vururlar.”

Moskva Protestant kilsəsinin keşişi afrikalılara qarşı 16 fiziki hücum halnı qeydə alib. Bir çox afrikalının işlədiyi və təhsil aldığı Moskvada keçən il bir afrikalı qətlə yetirilib.

Peguy Nkodia heç vaxt fiziki hücuma məruz qalmayıb. Ancaq bu haqda çox eşidib: “Onlar bizi “obezyana” adlandırır. Bu, meymun deməkdir.”

Kamerundan gəlmiş Erik Merlayn afrikalılara məsləhət verir: “Sizin üçün ən yaxşı yol təmkinli olmaq və problemlerdən uzaq durmaqdır. Bəli, mübarizə aparmaqdan uzaq durun. Əgər onlar sizi vursa, siz qaçmaq üçün yol axtarın. Siz mübarizə aparsanız, həyatınızı itirə bilərsiz.”.

Afrikalı mühacirlər rus dilini bilmirsə və ya tanışları yoxdursa, onlar üçün Moskvada yaşamaq çox çətindir. Malidən olan İbrahim küçədə reklam vərəqləri paylayaraq gündə 20 dollar qazanır. Bu, dünyanın ən bahalı şəhərlərindən biri olan Moskvada yaşamaq üçün çox azdır.

Bəziləri dincəlmək üçün bu kilsəyə gəlir. Pegay Nkodia deyir ki, Kinşasada xəyal etdikləri neftlə zəngin Rusiya haqda təsəvvürlərin əksinə olaraq, burada bir otaqda 10 afrikalı mühacir yaşayır: “Mən bacı və qardaşıma əgər siz Rusiyaya gəlməyi planlaşdırırsınızsa, çalışın gəlməyin deyə məsləhət görürəm. Burda həyat çox çətindir, çox bahadır, bahadır, bahadır və burada yaxşı məvacib verən iş yoxdur.”

Amma qaradərili bəzi xaricilər sovet dövründə əldə etdikləri statusdan yararlanır.
Brandon Kros rus dilini bilən afrikalı amerikalıdır. O, təhsilini başa vurduqdan sonra Rusiyada qalıb: “Ruslar həmçinin deyir ki, afrikalı qar dərililər artıq qara sayılmır. İndi Qavqazdan və Orta Asiyadan gələn insanlar artıq yeni qaralardır.”

Moskva Xalqlar Dostluğu Universiteti Konqoda müstəqillik uğrunda mübariz Patris Lumumbanın adını daşıyır. Bu gün burada yüzlərlə afrikalı daxil olmaqla 6 min tələbə təhsil alır.

Rektor Aleksandr Qladuş deyir ki, universitet afrikalı tələbələrə təhlükəsizliyə dair tövsiyələri verir. O, Moskvada artıq afrikalı tələbələrə xoş münasibət bəslədiyinə inanır: “Hər yerdə bir söz eşidirsən, bu da toleratnqlıqdır. Bu, artıq həyat tərzidir.”

Sovet dövründən sonrakı Moskva yaşamaq üçün asan yer deyil. Ancaq Moskvanın işi olan və ya təhsil alan, eyni zamanda rus dilini bilən afrikalılara münasibəti yumşala bilər.
XS
SM
MD
LG