Accessibility links

ABŞ-da seçici bloku olaraq afro-amerikalılar mühüm rol oynayır [Video]


ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca, nəticələrin hesablanmasında həlledici rol oynayan ştatlarda həyacan artmaqdadır. Amerikanın Səsinin müxbiri Kris Simkins prezident Obama və Mitt Romninin seçilmək imkanlarının bərabər olduğu və erkən seçkilərdə səs verən afro-amerikalılar barədə Şimali Karolina ştatından reportaj hazırlayıb.

Şimali Karolinada erkən seçkilər davam edir. Volter Gilmor kimi afro-amerikalı seçicilər üçün prosesin mühümlüyü daha çox hiss olunur.

“Mən əsasən iş yerlərindən narahatam. Şimali Karolinada çox sayda insan işsizdir. İş yerlərini xaricə ixrac etməkdənsə, insanları burada işlə təmin etmək lazımdır”- deyə Volter bildirib.

Dörd il öncə seçkilərdə afro-amerikalıların fəallığı Barak Obamanı cüzi fərqlə irəli çıxarmışdı. Budəfəki seçkilərdə elə görünür ki, üstünlük Respublikaçı namizəd Mitt Romnidədir, amma ümumən yarış bərabər gedir. Ölkəni kimin idarə edəcəyi ilə bağlı Şimali Karolinalılar arasında fikir ayrılığı mövcuddur.
İlk dəfə səs verəcək afro-amerikalı qadın, kollec tələbəsi Şimali Karolinadakı ilk uğuru afro-amerikalı tələbələrin erkən seçkilərdə fəal iştirakı ilə izah edir. O, seçkilərdə afro-amerikalıların böyük təsirə mailk olduğunu deyir.

“Bizim hər bir səsə, adamı həvəslənib qısa müddətə bura gəlməsi üçün hər bir səsə ehtiyacımız var”- deyə hazırda qanunverici orqanın üzvü olan Alma Adams bildirir. Alma Adams Demokratlar üçün afro-amerikalıların sorğuya cəlb olunmasının nə qədər vacib olduğunu anlayır. O, Şimali Karolinanın qanunverici orqanında 18 ildən artıq müddətdə fəaliyyət göstərib. Xanım Adams qara dərililər arasında olan fəallığın hələ ki, yüksək olduğunu deyir.

"Bu, insanların seçki prosesində nə dərəcədə fəal oduğu, onların seçkinin əhəmiyyətini və vacibliyini anlaması mənə aydın olur." - deyə parlament nümayəndəsi Adams bildirir. Xanım Adams burada məşhurdur. Çünki o keyfiyyətli təhsili, iş yerlərini və ştatın minimum əmək haqqını qaldırmaq səylərini dəstəkləyir.

"Biz insanların iş yerlərinə bərpa olunmasını, onlar üçün yaxşı iş və gəlir əldə etmək yolarını araşdırmağa çalışmalıyıq" - deyə o bildirir.

Respublikaçılar partiyasının namizəd Olqa Vrayt ştatın qanunverici orqanındakı yerinə görə Adamsla mübarizə aparacaq. O, az sayda olan Respublikaçı afro-amerikalılardan məclisə namizədliyini irəli sürən yeganə nümayəndədir.
O təhsilin inkişaf etdirilməsi və az təminatlı ailələrə yardım etmək kimi məşhur fikirləri təbliğ edir. Vrayt Demokratları onu dəstəkləməyə inandırmağın çətin məsələ olacağını deyir.

“Mən özümü bölücü siyasətdən uzaq saxlayıram. Bilirsiniz, insanlar mənə qeydiyyatdan keçmiş Respublikaçı kimi baxmayacaq. Partiyanın burada əhəmiyyəti yoxdur.”- deyə o bildirir.

Seçki kampaniyası çərçivəsində Adams seçicilərə müraciət edərək bildirib ki, öz icmalarına aid olan büdcədə ixtisarlarına qarşı mübarizə aparacaq.

“Belə ki, bizim öhdəliyimizə düşən bir-iki məsələ var: Konqresə namizədliyimizi irəli sürüb orada dəyişikliklərə nail olmağa çalışmaq və ya sizə xidmət etmək üçün seçilən insanlara nəzarət etmək”- deyə o bildirir.

Adams və icmanın digər üzvləri bir fakt olaraq afro-amerikalıların siyasi proseslərdə iştirakını ümidverici hal kimi qiymətləndirirlər.
XS
SM
MD
LG