Accessibility links


Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi milli fəal Əfsanə Toqirin Təbriz İnqilab Məhkəməsi tərəfindən onun haqda çıxarılmış həbs hökmünə etirazını rədd edərək, ilkin hökmü təsdiqləyib.

İnsan haqları qruplarının yaydığı məlumata görə, Əfsanə Toqir 2012-ci il mayın 21-də Təbriz üniversiteti önündə ETTELAAT məmurları tərəfindən tutulub və 23 gün saxlanıb dindirildikdən sonra 50 milyon İran tüməni, ya da təqribən 50 min dollar məbləğində zəmanət ödəyərək muvəqqəti azadlığa buraxılmışdı. Bir neçə ay sonra Təbriz İnqilab Məhkəməsi xanım Toqiri bir il şərti həbsə məhkum etmişdi.


Əfsanə Toqir

Əfsanə Toqir



Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsinin hakimi cənab Həmlbər Əfsanə Toqirlə birlikdə bir neçə başqa fəal, o cümlədən, Məhəmməd İskəndərzadə, Vəhid Həbib Çeşmə və Vəhid Rastgunu “Susma” adlı dərginin çapı və yayılmasında əməkdaşlıq edib milli təhlükəsizliyə hədə yaratmaq və İslam Respublikası əleyhinə təbliğat aparmaqda günahlandırmışdı.
2012 fevralın 26-da İranın Azərbaycan şəhərləri və Tehranda yayılmağa başlayan “Susma” dərgisinin birinci nömrəsi Xocalı Faciəsi və Qarabağ mövzusuna həsr edilmişdi. Muxtəlif nömrələrini İranda azərbaycanlıların iqtisadi çətinlikləri, qadın haqları və Urmiyə gölünün quruması kimi ictimai məsələlərə həsr edən dərginin əməkdaşları 9-cu nömrəni yaydıqdan sonra “Susma”nın nəşrinə son verdilər.

Milli fəallar Məsud Hüseynzadə və Haşım Mirzadə də məhkəmədə “Susma” dərgisi ilə əməkdaşlıq ittihamı ilə qarşılaşıblar. Son aylar Məhəmməd İskəndərzadə, Vəhid Həbib Çeşmə, Vəhid Rastgu və Məsud Hüseynzadə 6 ay həbsdən sonra Təbriz zindanından azad edilib.

Show comments

XS
SM
MD
LG