Accessibility links

Əfsanə Sulduzlu: Bayramları bir arada keçirsək, İsveçdə toplumumuzun çəkisi olar [Audio-Müsahibə]


Əfsanə Sulduzlu
Əfsanə Sulduzlu

“Xüsusilə son illərdə Novruz kimi milli bayramlarımızı insanlarımızla bir arada və təntənəli bir şəkildə keçirə bilmədiyimiz üçün özümüzü də isveçlilər və digər Avropa millətlərinə tanıtdıra bilməmişik,” deyə Əfsanə Sulduzlu İsveçdə yaşayan güneyli mühacirlərin bayram şənliklərini şərh edir. Amerikanın Səsinə danışan diaspor fəalının fikrincə Avropada yaşayan türk fəallar mədəni tədbirlərə yetərincə önəm vermirlər.

Əfsanə Sulduzlu Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:19:12 0:00

Əfsanə Sulduzlunun dediklərinə görə, İsveçdə yaşayan İran toplumunun qeyd etdiyi bayram və bayram qabağı şənliklərinə İrandan olan qeyri-fars mühacirlər də qatılır, amma bu tədbirlərdə əsasən fars mədəniyyəti təmsil olunur:

Toplumumuzu İsveç milləti, İsveç dövləti və Avropa xalqlarına tanıtdırmaq üçün kültürəl fəaliyyətlər çox önəm daşıyır. Buna fikir vermədiyimiz üçün İsveçdə bir ağırlığımız yoxdur.
Əfsanə Sulduzlu

“Bizim soydaşlarımız bu tədbirlərə iştirakçi kimi qatılırlar. İşin içində olsalar da, türk varlığını və türk mərasimlərini sərgiləmək üçün iştirak etmirlər. Təəsüflə, o mərasimlərdə irqçilik izləri də gözə çarpır. Təbliğatlarında və radioda apardıqları proqramlarda bunu bir fars bayramı kimi təqdim edirlər...”

O, Azərbaycanın hər iki tayından olan mühacirlərin də birgə tədbirlər keçirdiyini bildirərək bu mərasimlərin son illərdə daha zəif şəkildə təşkil olunduğunu vurğulayır.

“Avropa ölkələrində illərdən bəri Novruz, Yeni İl, ya Ergenekon kimi dəyişik adlarla adlandırdığımız bayramı çalışmışıq yerinə gətirək. İlaxır çərşənbə və bayram günü qeyd edilir və görüşlər olur,” deyə təqribən 25 ildir Avropada yaşayan diaspor fəalı söyləyir.

Sulduzlu əlavə edir ki, İsveç Novruz Bayramının olduqca təntənəli keçirildiyi ölkələrdən idi və toplum arasında da qeyd olunurdu. "Bir neçə il öncəyə qədər bayram və ilaxır çərşənbə şənliklərini millətimiz bir arada daha təntənəli şəkildə qeyd edərdi... Amma, son illərdə Göteborq şəhərində bizim fəaliyyətlərimiz azalıbdır. Mən bunu başqa şəhərlərdə də görürəm. Əvvəllər hər iki taydan xüsusilə də Güneydən fərqli konsertlər gələrdi... İndi sayımız daha çoxalıb amma keçmişdəki təntənəli mərasimlər keçirilmir.”

Bizim soydaşlarımız İran toplumunun bayram tədbirlərinə iştirakçi kimi qatılırlar. İşin içində olsalar da türk varlığını və türk mərasimlərini sərgiləmək üçün iştirak etmirlər.
Əfsanə Sulduzlu

Onun fikrincə, bayramların möhtəşəm şəkildə keçirilməsi eyni zamanda güneydən olan türk toplumunun da Avropada tanınmasına yol aça bilər.

Onun sözlərinə görə, “bizim buradakı milli-mədəni fəallarımız arasında belə bir fikir yaranıbdır ki, yalnız siyasi fəaliyyət etmək lazimdir. Mən buna qarşı deyiləm. Amma, siyasi-ictimai fəaliyyətlərimiz ilə bərabər kültürəl fəaliyyətlər ilə insanlarımızı proqramlarımıza çəkib və şənliklərimizi birlikdə keçirə bilərik.”

“Biz ictimai və milli-mədəni proqramlarımızı çoxaltsaq, istər istəməz özümüzü də bir toplum olaraq gündəmə gətirə bilərik. Toplumumuzu İsveç milləti, İsveç dövləti və Avropa xalqlarına tanıtdırmaq üçün kültürəl fəaliyyətlər çox önəm daşıyır. Buna fikir vermədiyimiz üçün İsveçdə bir ağırlığımız yoxdur.”

XS
SM
MD
LG