Accessibility links

Afşar Süleymani: Türk Fraksiyasi Türkiyə və Azərbaycanla münasibətlərə müsbət təsir buraxa bilər [Audio-Müsahibə]


İranın Azərbaycandakı keçmiş səfiri İran Azərbaycanında yerli məsullar, o cümlədən valilərin qonşu ölkələr ilə ticari-iqtisadi münasibətləri genişləndirmək istiqamətində ixtiyar sahibi olduqlarını deyir. Müştərək dil və coğrafi yaxınlıq amilləri baxımından İranın türk bölgələri Türkiyə və Azərbaycan Respublikası ilə yüksək ticari münasibətlər qurmaq potensialına sahib olsa da, Afşar Süleymaninin söylədiyini görə, müxtəlif texniki problemlər səbəbi İlə bu potensialdan az istifadə olunur.

O, həmçinin oktyabr ayının son günlərində İran Parlamentində təsis edilmiş Türk Bölgələri Fraksiyasının bu xüsusda oynaya biləcəyi rol haqqında düşüncələrini paylaşıb.

Cənab Süleymaninin dediyinə görə, “İran Azərbaycanının vilayətləri illərdir ki, Azərbaycan və Türkiyə, ya ümumiyyətlə İranın ətrafındakı ölkələr ilə valilər səviyyəsində iqtisadi əlaqəyə girirlər... Başqa sahələrdə də əlaqələr olur, o cümlədən mədəni əlaqələr. Bunun üçün maneə yoxdur.”

İndi həm Azərbaycan Respublikası həm də İranda iqtisadı baxımdan bəzi çətinliklər var, alış-veriş qabiliyyəti azalıb, bir də bürokratiya məsələləri var... Bir də mallar bəzən daha bahaya çıxır.

O, ticari münasibətləri gücləndirmək yönündə müştərək dil və sərhədin böyük amillər olduğunu vurğulayır:

“İqtisadi, ticari və mədəni əlaqələrdə sərhəd və dil iki böyük amildir. Mən başqa bir iqtisadi faktor da əlavə edim, o da nəqliyyat məsələsidir... Bu ixrac edilən malların ucuz qiymətlə məqsədə çatmasını təmin edər... Amma, ümumiyyətlə imkanlardan gərək olduğu qədər istifadə olunmayıb. Bəzən az, bəzən də çox olub. Ancaq mükəmməl şəkildə, maksimum səviyyədə istifadə olunmayıb.”

Prezident İlham Əliyev və Ərdəbil valisi Məcid Xudabəxş

Prezident İlham Əliyev və Ərdəbil valisi Məcid Xudabəxş


Sabiq səfir bu sahədə mövcud olan bəzi çətinliklərə diqqət çəkir:

“Bəzi dönəmlərdə əlaqələr daha yaxşı olmuş. Qarşılıqlı tələblər, bu tələbləri təmin etmək imkanı və iqtisadi durumun daha yaxşı olduğu dönəmlərdə iqtisadi əlaqələr daha yaxşı olur.

Amma indi həm Azərbaycan Respublikası həm də iqtisadi, ticari və mədəni əlaqələrdə sərhəd və dil iki böyük amillərdir... Amma, ümumiyyətlə imkanlardan gərək olduğu qədər istifadə olunmayıb.

​İranda iqtisadı baxımdan bəzi çətinliklər var, alış-veriş qabiliyyəti azalıb, bir də bürokratiya məsələləri var... Bir də mallar bəzən daha bahaya çıxır.”

Bu yaxınlarda Ərdəbil valisi Məcid Xudabəxş Azərbaycana rəsmi səfərində prezident İlham Əliyev tərəfindən qəbul edilib. İran Azərbaycanı vilayətləri valilərinin keçmişdə də Azərbaycan prezidentləri ilə görüşdüklərini önə çəkən Afşar Süleymani bu görüşlərin daha çox diplomatik mahiyyət daşıdığını bildirir.

“Bu görüşlər daha çox diplomatik mahiyyət daşıyır və önəm vermək məsələsidir. Belə ki, valilərə prezident səviyyəsində görüş keçirmə imkanı verilir. Bu, diplomatik bir jest kimi özünü göstərir,” deyə o söyləyir.

Türk Bölgələr Fraksiyası qonşu ölkələr, özəlliklə Türkiyə və Azərbaycan ilə, əlaqələri gücləndirmək istiqamətində xarici siyasətə dair qanunlar çıxarmaq yönündə fəaliyyət edə bilər.

Süleymani habelə İran Azərbaycanı ilə Türkiyə və Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin genişlənməsinin özəl sektorların güclənməsi ilə mümkün olacağını deyir.

Türk fəallar və bəzi siyasi ekspertlər İranda Azərbaycan vilayətlərinə qarşı bir təhlükəsizlik baxışın mövcud olduğunu önə çəkərək bunun Türkiyə və Azərbaycan Respublikası ilə əlaqələrə də mənfi təsir buraxdığını ifadə edirlər. Amma cənab Süleymani ticarət və investisiya mövzularında belə bir problemin olmadığını müdafiə edir.

Afşar Süleymani həmçinin İran Parlamentində təsis edilmiş Türk Bölgələri Fraksiyasının bu mövzu ilə bağlı oynaya biləcəyi rolu dəyərləndirib.

Şərqi Azərbaycan valisi İsmayıl Cabbarzadə və İstanbulun sabiq valisi Hüseyin Avni Mutlu

Şərqi Azərbaycan valisi İsmayıl Cabbarzadə və İstanbulun sabiq valisi Hüseyin Avni Mutlu


“Türk Bölgələri Fraksiyası qanun çərçivəsində türklərin və türk bölgələrinin müxtəlif tələblərini ortaya qoymalı, məclisdə gündəmə gətirərək qanun çıxarmalı və o qanunun dövlət tərəfindən icrasına nəzarət etməlidir... Məclisin başqa işi büdcə məsələsidir. Burada [fraksiya] kömək edə bilər ki, türk bölgələrinə büdcəni daha artıq götürsünlər... Bundan əlavə qonşu ölkələr, özəlliklə Türkiyə və Azərbaycan ilə, əlaqələri gücləndirmək istiqamətində xarici siyasətə dair qanunlar çıxarmaq yönündə fəaliyyət edə bilərlər..,” deyə İranın Azərbaycandakı keçmiş səfiri əlavə edir.

Show comments

XS
SM
MD
LG