Accessibility links

Ağ Evdə Beynəlxalq Caz Günü


ABŞ prezidenti Barak Obama xanımı Mişellə Ağ Evdə Beynəlxalq Caz Günü münasibətilə keçirilən konsertə ev sahibliyi edib. "Caz bəlkə də bizi bir millət kimi ən düzgün bir şəkildə təcəssüm etdirir. Ona görə ki Amerikanın özündən daha böyük bir improvizasiya mövcud olubmu?"-deyə prezident Obama bildirib.

Konsert aprelin 30-da dünyanın bir sıra ölkələrində Beynəlxalq Caz Günü münasibətilə tədbirlərin bir hissəsi kimi ABŞ-ın ABC tele kanalında, eləcə də internetdə BMT və UNESCO-nun veb səhifələrində yayımlanacaq.

"Caz bəlkə də bizi bir millət kimi ən düzgün bir şəkildə təcəssüm etdirir. Ona görə ki Amerikanın özündən daha böyük bir improvizasiya mövcud olubmu?"-ABŞ prezidenti Barak Obama

​"Caz Birləşmiş Ştatlarda yaranaraq, tolerantlıq, azadlıq və insan ləyaqətinin simvolu olaraq dünyanın hər yerinə yayılıb. Buna görə UNESCO Beynəlxalq Caz Gününü təsis edib"-deyə UNESCO-nun baş direktoru İrina Bokova bildirib.

Ağ Evdə konsertdə iştirak edən sənətçilər arasında Areta Franklin, Hyu Masekela, Nerbi Nankok, Dayan Rivz, Al Jarrou, Dayana Krall, Stinq, Di Di Bridcvoter, Çik Korea, Terrense Blançhard və Baddi Qay olub.

Şənbə günü Vaşinqtonda tanınmış musiqiçilər gün ərzində pulsuz konsert proqramları verəcək, master klasslar, dəyirmi masa müzakirələrində iştirak edəcək, məktəblər, səfirliklər, incəsənət mərkəzləri, muzeylər, xəstəxanalar, metro stansiyaları, parklar və əyləncə mərkəzlərində müxtəlif tədbirlərdə iştirak edəcəklər.

Müğənni Areta Franklin
Müğənni Areta Franklin

Vaşinqtondakı proqramlar bütün gün ərzində davam edəcək. ABŞ-ın bütün 50 ştatında və dünyanın demək olar hər ölkəsində Beynəlxalq Caz Günü münasibətilə minlərlə tədbir keçiriləcək.

Prezident Obama caz haqda bunları deyib: "Qara fəhlə sinfinin musiqisi kimi başlayıb əsas istiqamətdən kənarda qalan bu musiqi janrı Amerikanın dünya mədəniyyətinə verdiyi ən mühüm töhfələrdən biri oldu."

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG