Accessibility links

ABŞ prezidenti Barak Obama Ramazan ayı münasibətilə Ağ Evdə ənənəvi iftar yeməyi verib. Ağ Evdə iftar süfrəsi ənənəsini ilk 1996-cı ildə o zaman ABŞ-birinci xanımı Hillari Klinton başlayıb. Çoxları Amerika prezidentləri arasında ilk dəfə olaraq 200 il bundan əvvəl prezident Tomas Ceffersonun iftar yeməyi verdiyini düşünür.

ABŞ-ın əsasını qoymuş millət atalarından biri olan prezident Tomas Ceffersona məxsus Quran nüsxəsi toplaşan qonaqlara göstərilmək üçün Ağ Evə gətirilib. Günəş batandan sonra qonaqlara iftar açmaq üçün xurma paylanıb. Merilend universitetinin tələbəsi Ağ Evin böyük foyesində azan verib. 16 saatlıq orcudan sonra iftar yeməyinə dəvət olunmuş qonaqlar ABŞ prezidenti ilə halal yeməyə dəvə ediliblər.

Prezident Tomas Ceffersona məxsus Quran nüsxəsi

Prezident Tomas Ceffersona məxsus Quran nüsxəsi

​Ağ Evdə iftar yeməyinə dəvət edilənlər arasında Vaşinqtondakı diplomatik nümayəndəliklərin üzvləri, Obama administrasiyasının rəsmiləri və hökumət üzvləri, eləcə də ölkənin inkişafında yaxından iştirak edən Amerika müsəlman icmasının nümayəndələri olublar.

ABŞ prezidenti Barak Obama qonaqlar qarşısında çıxışında Yaxın Şərqdə vəziyyət, Suriya və İraqda münaqişələrə toxunub. O, Amerika və dünya müsəlmanlarına Ramazan ayında ən xoş arzularını çatdırıb.

XS
SM
MD
LG