Accessibility links

ABŞ prezidenti Barak Obamanın baş məsləhətçisi Ağ Evin kompüter sisteminin təhlükədə olmadığını bildirib.

Ben Rods CNN televizyasının Rusiya hakerlərinin Ağ Evin informasiya sisteminə daxil olduğuna dair yaydığı xəbəri münasibət bildirib.

Rods CNN-nin həssas informasiyaya müdaxilə xəbərini təsdiq etməyib.

Ancaq o deyib ki, təhlükəsizlik sisteminin həssaslığına görə, Ağ Ev məxfi məlumatlarını digər təhlükəsizlik sistemində saxlayır.

Ağ Ev oktyabr ayında kibertəhlükələrə qarşı monitorinq keçirildiyi vaxt sistemdə şübhəli fəaliyyətin müşahidə edildiyini etiraf edib.

Rods bildirib ki, Ağ Ev sistemə müdaxilələrə qarşı mütəmadi ölçülər götürür.

XS
SM
MD
LG