Accessibility links

Ağ Ev və media seçki pozuntularına dair heç bir dəlilin olmadığını bildirir


Ağ Evin sözçüsü Coş Ernest

Ağ Evin sözçüsü Coş Ernest

Ağ Ev, ABŞ-ın aparıcı media vasitələri və faktların araşdırılması ilə məşğul olan qurumlar prezident seçilmiş Donald Trampın noyabrın 8-də onun qələbə çaldığı seçkilərdə "milyonlarla insanın qeyri-qanuni səs verdiyinə" dair iddiasının əsassız olduğunu bildirib.

Bazar günü Tvitter səhifəsində yerləşdirdiyi mesajda respublikaçı Tramp yazıb ki, "qeyri-qanuni səs vermiş milyonlarla adam hesaba alıınmasa" o, demokrat Hillari Klinton üzərində ümumi səsvermədə də qələbə qazanardı. O, Klintona məğlub olduğu üç ştatda heç bir dəlil gətirmədən səsvermənin nəticələri ilə bağlı sual qaldırıb

"Virciniya, Nyu Hempşir və Kaliforniyada ciddi seçki saxtakarlığı halları olub. Media nə üçün bu haqda məlumat vermir? Ciddi qərəzlik böyük problemdir!"- Tramp bildirib.

Lakin Ağ Evin sözçüsü Coş Ernest bazar ertəsi günü keçirilən brifinq zamanı Trampın iddialarının əsaslandırıla biləcəyi heç bir obyektiv faktın olmadığını deyib.

ABŞ The New York Times, The Washington Post, the Los Angeles Times kimi aparıcı qəzetləri və başqa media qurumları da Trampın iddialarının əsassız olduğunu, seçki ekspertləri isə ABŞ seçkilərində pozuntulara dair cüzi dəlilin ola bildiyini bildirir.

Washington Post prezident seçilmiş Trampın iddiasının "sənədlə təsdiq edilməmiş saxta iddia" olduğunu bildirib. Trampın Tvitter mesajları belə görünür, seçkidən sonrakı günlər sağ cinah konspirasiya tərəfdarlarının yalnız ABŞ vətəndaşlarının səsvermədə iştirak etmək hüququ olduğu halda, sənədi olmayan üç milyon mühacirin səs verdiyinə dair təsdiq olunmayan məlumatlarına əsaslanır.

Tramp ümumi səsvermədə 2 milyon səslə Klintondan geridə olmasına baxmayaraq, ABŞ-da prezidentlərin seçilməsində istifadə edilən sistemə görə Seçki Kollegiyasının səslərinin əksəriyyətini qazandığı üçün yanvar ayında vəzifəsinin icrasına başlayacaq.

XS
SM
MD
LG