Accessibility links

Ağ Evə risin maddəsi olan məktub göndərilib


ABŞ-ın gizli xidmət agentliyi məktubu yoxlanmaq və təhqiq edilmək üçün Federal Təhqiqatlar Bürosunun Terrorizmlə mübarizə idarəsinə göndərib


ABŞ-ın gizli xidmət agentliyi Ağ Evin poçt şəbəkəsində Nyu-York meri Maykl Blumberqə göndərilmiş zəhərli risin maddəsinin tapıldığı məktuba bənzər məktubun aşkar edildyini bildirib.

Prezidentin təhlükəsizliyini qoruyan gizli xidmət agentliyi məktubu yoxlanmaq və təhqiq edilmək üçün Federal Təhqiqatlar Bürosunun Terrorizmlə mübarizə idarəsinə verdyini bildirib. Gizli xidmət agentliyinin bildirdiyinə görə, məktub Ağ Evə ünvanlanıb.

Bundan bir neçə saat öncə Nyu-York şəhər polisi mer Maykl Blumberqə göndərilmiş iki məktubda risin maddəsinin tapıldığı haqda məlumat verib.

Məktublardan biri cümə günü poçt idarəsində, ikinci məktub isə Blumberqin maliyyələşdirdiyi Merlər Qeyri-Qanuni Silah təşkilatının ofisində bazar günü tapılıb.

Polisin sözçüsü hər iki məktubda silah əleyhdarı qrupun fəaliyyəti ilə bağlı merə təhdidlərin olduğunu bildirib. Onun sözlərinə görə, məktubları açmış polis işçiləri az dərəcədə risinlə zəhərlənməyə məruz qalıb.
XS
SM
MD
LG