Accessibility links

Ağ Evin mətbuat katibi medianı həqiqətləri təhrif etməkdə günahlandırıb


Ağ Evin mətbuat katibi Şon Spayser
Ağ Evin mətbuat katibi Şon Spayser

Ağ Evin mətbuat katibi Şon Spayser bəzi mətbuat nümayəndələrini bilərəkdən saxta məlumatlar yaymaqda günahlandırıb.

Spayer buna misal olaraq, jurnalistlərin birinin Tvitter sosial şəbəkəsində Martin Lüter Kinqin büstünün prezidentin oval ofisindən çıxarıldığı haqda yaydığı məlumatı göstərib.

"Bunun yanlış olduğu göstəriləndən sonra jurnalistTvitterdə qısa mesajında yazıb ki, görünür, gizli xidmət agenti büstün qarşısında durubmuş"-Spayser bildirib.

Mətbuat katiibi başqa misal olaraq inaqurasiya təntənələrindən fotoları göstərib. O deyib ki, Tvitterdə bəzi fotolarda Milli xiyabanda toplaşan insanların sayı bilərəkdən az göstərilib.

Spayserin sözlərinə görə, Tvitterdə inaqurasiyada iştirak edən insanların sayı ilə bağlı yanlış məlumatlar verilib.

"Biz bilirik ki, prezidentin and içdiyi inaqurasiya platformasından 4-cü küçəyə qədər olan sahədə 250 minə qədər insan toplaşa bilər. 4-cü küçədən mətbuat çadırına qədər daha 250 min insan yerləşə bilər. Mətbuat çadırından Vaşinqtonda abidəsinə qədər isə daha 250 min nəfər. Bütün bu ərazi insanlarla dolmuşdu. Biz bilirik ki, paytaxtda metrodan 420 min nəfər istifadə edib, prezident Obamanın sonuncu inaqurasiyası vaxtı müqayisə üçün bu, 317 min nəfər idi. İnaqurasiyanı tarixdə ən böyük auditoriya izləyib. Vəssalam."

Aerofotolarda Trampın inaqurasiyası zamanı izdihamın 2009-cu ildə Barak Obama ABŞ-ın ilk qaradərili prezidenti kimi and içərkən toplaşan insanların sayından kiçik olduğu göstərilib.

Şənbə günü Vaşinqtonda Qadın yürüşündə iştirak edənlərin sayı inaqurasiya günü toplaşanların sayını keçib. Vaşinqton metro sisteminin verdiyi məlumata görə, səhər saat 11-ə qədər metro ilə 275 min sərnişin daşınıb. İnaqurasiya günü səhər saat 11-ə qədər 193 min sərnişinin metrodan istifadə etdiyi bildirilir.

Barak Obamanın 2009-cu ildə inaqurasiyası günü metro ilə 513 min sərnişinin daşındığı haqda məlumat verilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG