Accessibility links

Ağ Ev Nunesin Rusiya təhqiqatını aparmasında problem görmür


Ağ Evin sözçüsü Şon Spayser

Ağ Evin sözçüsü Şon Spayser deyib ki, Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin sədri Devin Nunesin Rusiyanın ABŞ-da noyabr prezident seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqatı aparmasında heç bir problem görmür.

“Mən burada problematik bir şey görmürəm”-deyə Şon Spayser Ağ Evdə brifinq zamanı müxbirlərə bildirib.

Nunesin təhtiqatdan geri çəkilmək çağırışlarını rədd etməsi və komitənin işini bu həftə dayandırması hər iki partiyanın nümayəndələrinin apardığı təhqiqatla bağlı şübhələrin yaranmasına səbəb olub.

Şon Spayser təhqiqat prosesində bəzi addımların “bir qədər vaxt aparacağını” və Ağ Evin bununla razı olduğunu bildirib.

Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin sədri Devin Nunes
Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin sədri Devin Nunes

Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Ceyms Komi və Milli təhlükəsizlik məsələləri üzrə müşavir, admiral Mayk Rocerslə bağlı qapılar arxasında brifinqin təxirə salınması komitədəki demokrat üzvlər tərəfindən narazılıqla qarşılanıb. Demokratlar Nunesin keçən həftə hərəkətlərinin ona etibarın və onun təhqiqata rəhbərlik etmək qabiliyyətinin azaltmasına gətirib çıxardığını bildirir.

Nunes keçən həftə prezident Donald Trampın keçid komandasının üzvlərinin "epizodik izlənildiyini" açıqlamasından öncə Ağ Evdə mənbə ilə görüşüb. Bu haqda məlumatı onun sözçüsü verib. O əlavə edib ki, Nunes “mənəbə tərəfindən verilmiş informasiyanı nəzərdən keçirmək üçün təhlükəsiz yerə yaxın olmaq istəyib”.

Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin nüfuzlu demokrat üzvü Adam Şiff
Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin nüfuzlu demokrat üzvü Adam Şiff

Bu açıqlama Kəşfiyyat komitəsinin nüfuzlu demokrat üzvü olan Adam Şiffin Nunesin Rusiya ilə bağlı təhqiqatdan geri çəkilməyə çağırmasına səbəb olub.

Lakin Nunes təhqiqatdan geri çəkilməyəcəyini deyib.

Demokratlar komitənin işinin dayandığını bildirir.

Nunes informasiyanı aldığı mənbənin adını hələ açıqlamayıb.

XS
SM
MD
LG