Accessibility links

Ağ Ev yaxınlığında səkilər rəsmən bağlanıb


Ağ Ev yaxınlığında səkilər rəsmən bağlanıb. Buna səbəb son zamanlar Donald Trampın iqamətgahının hasarını aşma cəhdləri olub.

Ağ Evin cənub hasarı boyunca səki dünəndən, gecə saat 11-dən etibarən bağlanıb. Bu səki daha əvvəl ancaq gecələr bağlanırdı.

ABŞ-ın Kəşfiyyat Xidmətinin bəyanatında bildirilib ki, bu məhdudiyyət daimi və müvəqqəti təhlükəsizlik ölçülərinin əhatəli araşdırılmasının nəticəsidir.

Ölçü hər hansısa spesifik hədəyə cavab mahiyyəti daşımır


Kəşfiyyat Xidmətinin direktoru Keti Milhon yerli radio ilə müsahibəsində deyib ki, ölçü hər hansısa spesifik hədəyə cavab mahiyyəti daşımır.

Ağ Evin təhlükəsizlik zonasına keçməyə son cəhd kaliforniyalı şəxsin Ağ Evin hasarını aşmasından 8 gün sonraya təsadüf edib. O, təqdibən 17 dəqiqə azad şəkildə həyəti gəzib.


Ağ Evin ətrafı turislərin populyar məskənidir. Kəşfiyyat xidməti Ağ Ev qarşısında şəkillərin 25 metrlik ərazində mümkün olacağını bildirir.

Ağ Evin hasarının yüksəldilməsi planı artıq təsdiq edilib. Lakin inşaat ilin sonunda başlayacaq.

XS
SM
MD
LG