Accessibility links

Ağ Ev: Nüfuzlu demokrat senatorun İranla razılaşmaya etirazı təəssüf doğurur


Senator Çak Şumer

Senator Çak Şumer

Ağ Ev bildirib ki, ABŞ Senatında nüfuzlu demokrat senatorun İranla razılaşmaya qarşı çıxmasına görə təəccüb deyil, təəssüf hissi keçirdiyini bildirib.

Ağ Evin sözçüsü Coş Ernest bildirib ki, senator Çak Şumerlə prezident Barak Obama arasında 2003-cü ildə onun ABŞ-ın başçılığı ilə İraq müharibəsinə səs və dəstək verdiyi vaxt da fikir ayrılığı olmuşdu.

"Buna görə də mən deyərdim ki, bu elan təəssüf doğursa da Ağ Evdə heç kəsi təəccübləndirmədi"-deyə o bildirib. Lakin Coş Ernest əlavə edib: "Bu, bizim həm Nümayəndələr Palatası, həm də Senatda demokraların böyük əksəriyyətinin razılaşmaya dəstəyini əldə etmək üçün onları mobilizə edə biləcəyimizə əminliyimizə dəyişilik gətirməyəcək."

Senator Şumer açıqladığı bəyanatda təftiş rejiminin kifayət olmadığını bidirib. O həmçinin sanksiyaların yüngülləşdirilməsindən sonra ölkəyə axacaq maliyyənin İranın Yaxın Şərqdə yaraqlı qruplara dəstəyini artırmasına imkan verərək, bunun regionda qeyri-sabit vəziyyətin davam etməsinə gətirib çıxaracağını deyib.

2017-ci ildə Senatda demokratların lideri olacağı gözlənilən senator Şumerin qərarı Konqresdə İranla razılaşmaya dəstək qazanmağa çalışan Obama administrasiyası üçün gerilmə kimi qiymətləndirilir. bu həftə Nümayəndələr Palatasında nüfuzlu demokrat konqresmen Elliot Engel də İranla razılaşmaya etirazını bildirib.

XS
SM
MD
LG