Accessibility links

Ağ Ev ABŞ-ın kəşfiyyat məlumatlarını mətbuata ötürən Snoudenlə bağlı açıqlama vermir



Mərkəzi Kəşfiyyat Agentliynin keçmiş kontraktoru Edvard Snouden ABŞ kəşfiyyatının gizli izləmə proqramları ilə bağlı məlumatları “dünyada azadlıqları qorumaq” məqsədilə etdiyini deyib.

29 yaşlı Edvard Snouden bazar günü Honq-Konqda Britaniyanın “Guardian” qəzetinə müsahibədə ABŞ hökumətinin terrorizm təhlükələri ilə əlaqədar vətəndaşların telefon zəngləri və internet yazışmalarını izlədiyinə dair məlumatları ötürən mənbə olduğunu deyib.

Xəbərlərdə Snoudenin artıq Honq-Konqdakı mehmanxanadan çıxdığı haqda məlumatlar verilib. Oun harada olması və haraya getməsi haqda məlumat yoxdur. Snouden söz azadlığı və qlobal səviyyədə özəlliyə hörmət edilən bir ölkədə siyasi sığınacaq almağı planlaşdırdığını deyib.

Məsələ ilə bağlı sualın cavabında Ağ Evin sözçüsü nə məlumatların ötürülməsi, nə də onları ötürənlə bağlı açıqlama verməyəcəyini deyib.

ABŞ rəsmliləri xəbərləri təkzib etməyib. Rəsmilər proqramın telefon danışıqlarının dinlənilməsi məqsədilə hazırlanmadığını deyib və əldə edilmiş məlumatlar sayəsində bir neçə terror hücumunun qarşısıın alındığını əlavə ediblər.
XS
SM
MD
LG