Accessibility links

Ağ Ev sözçüsünün açıqlamaları kəskin etirazlara səbəb olub


Müxalifətdə olan demokratlar və müxtəlif insan hüquqları təşkilatları dünən mətbuat konfransı zamanı Holokost haqqında yanlış fikirlər səsləndirdiyi üçün Ağ Evin sözçüsü Şon Spayserin işdən çıxarılmasını tələb edirlər.

Spayserin Suriya ordusunun dinc əhaliyə qarşı sarin qazından istifadə etməsinin nasist Almaniyası zamanı baş verən dəhşətləri arxada qoyduğu ilə bağlı şərhi mətbuat konfransında iştirak edən jurnalistlərin etirazına səbəb olub.

“Fikrimcə, sarin qazı haqqında danışanda onu deməliyik ki, heç Hitler də Əsəd kimi qazdan öz əhalisinə qarşı istifadə etmirdi. Mən anlayıram ki, Hitler insanları Holokost mərkəzlərinə yığırdı. Amma mənim dediyim odur ki, Əsəd qazı şəhərin ortasında dinc əhaliyə qarşı istifadə edib.”

Mənim heç bir halda Holokostun mahiyyətini kiçiltmək niyyətim olmayıb. Mən sadəcə, kimyəvi silahların taktiki istifadəsində iki rejim arasındakı fərqi göstərmək istəmişəm.

Tarixdə ölümcül kimyəvi silahların ən çox istifadə edilməsi Hitler tərəfindən olub. Nasistlər əksəriyyəti yəhudi olmaqla, bir milyona yaxın insanı ölüm düşərgələrinə yığaraq, onları qaz otaqlarına salırdı.

Spayserin açıqlamaları ilə bağlı gələn çox saylı etirazlar onu məsələyə yazılı şəkildə aydınlıq gətirmək məcburiyyəti qarşısında qoyub. O, yazılı bəyanatında bildirib ki, “mənim heç bir halda Holokostun mahiyyətini kiçiltmək niyyətim olmayıb. Mən sadəcə, kimyəvi silahların taktiki istifadəsində iki rejim arasındakı fərqi göstərmək istəmişəm.”

Buna baxmayaraq, Spayserin bəyanatı xeyli sayda insanı razı salmaq üçün kifayət etməyib. Nümayəndələr Palatasındakı demokrataların lideri Nensi Pelosi bəyanatla çıxış edərək, Trampdan Spayserin dərhal işdən azad edilməsini və onun fikirlərinə etiraz bildirməsini tələb edib.

Nyu Yorkda yerləşən “Mutual Respect” adlı insan hüquqları təşkilatının rəhbəri Stiven Qoldşteyn sözçünün “Holokost inkarçısı” olduğunu və Ağ Evin mətbuat katibi işinə layiq olmadığını bildirib.

XS
SM
MD
LG