Accessibility links

Ağ Ev: Suriyada kimyəvi hücuma cavab veriləcək



Prezident Barak Obama Suriya hökumətinin kimyəvi silahlardan istifadə etməsinə cavab veriləcəyini qərara alıb və Ağ Ev onun hazırda təhlükəsizlik komandası ilə bunun nədən ibarət olacağını müəyyənləşdirdiyini bildirir.

Ağ Evin sözçüsü Cey Karninin sözlərinə görə, avqustun 21-i Dəməşq ətrafında hücum zamanı zəhərli qazdan istifadə edildiyinə dair heç bir şübhə yoxdur.

Ağ Evdə brifinq zamanı danışan Karni Suriya hökumətinin hücuma görə məsuliyyət daşıması ilə bağlı çox az şübhə olduğunu deyib. O, hücumu beynəlxalq qanunların kobud şəkildə pozulması kimi xarakterizə edib.

Cey Karni həmçinin ABŞ hökumətinin bu həftənin sonu zəhərli qazdan istifadə edilən hücumla bağlı kəşfiyyatın hesabatını açıqlayacağını bildirib.

Suriya hökuməti kimyəvi hücum həyata keçirildiyini rədd edib və yüzlərlə insanın həyatına son qoyan hücuma görə üsyançıları günahlandırıb.
XS
SM
MD
LG