Accessibility links

Ağ Evin brifinqi bomba təhlükəsi ilə əlaqədar dayandırılıb


Birləşmiş Ştatların Gizli Xidmət idarəsi Vaşinqton şəhərinin polis idarəsinə bomba təhlükəsi ilə bağlı telefon zənginin daxil olmasından sonra jurnalistləri Ağ Evin brifinq otağından təxliyyə edib.

Jurnalistlər Ağ Evin sözçüsü Coş Enrestin brifinq keçirdiyi zaman təxliyyə edilib.

Gizli Xidmət idarəs ərazinin yoxlanılması üçün oraya xüsusi təlim keçmiş itlər gətirib. Qısa müddətdən sonra müxbirlər Ağ Evə qayıdıb və brifinq davam etdirilirb.

Bundan öncə ABŞ Konqresini mühafizə edən Kapitoli polisi Senatda hava nəqliyyatı təhlükəsizliyhi ilə əlaqədar dinləmələrin keçirildiyi vaxt binada şübhəli bağlama ilə əlaqədar insanları oradan təxliyyə eddib.

Kapitoli polisi binanın bir neçə mərtəbəsini boşaldıb, lakin orada təhlükəli materiallar aşkar etməyib.

Ağ Evin sözçüsü Coş Ernest bomba təhlükələrinin bir-biri ilə əlaqədar olub-olmadığı haqda məlumata malik olmadığını deyib.

XS
SM
MD
LG