Accessibility links

Ağ Ev: Tramp Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri istefa verməyə məcbur edib


ABŞ prezidenti Donald Tramp Milli Təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir Maykl Flinndən "ona etibarının azaldığı" və Rusiya ilə kontaktları ilə bağlı izahata görə onun üçün istefasını istəyib və istefanı qəbul edib. Bu haqda açıqlamanı Ağ Ev verib.

Ağ Evin sözşüsü Şon Spayser deyib ki, "prezident milli təhlükəsizlik məsələləri üzrə müşavirə artıq etibar etmədiyi haqda qənaətə gəlib."

Təqaüdə çıxmış ordu generalı olan Flinn Trampın baş strateji müşavirlərindən biri kimi vəzifəsinin icrasına başlayandan üç həftə sonra istefaya gedib.
Şon Spayser deyib ki, Tramp Flinnin Rusiyanın Birləşmiş Ştatlardakı səfiri Sergey Kislyakla söhbətindən razı qalıb və Flinnin o zaman hökumət rəsmisi deyil, adi vətəndaş olduğu halda belə bunun hüquqi baxımdan yanlış olmadığı haqda fikirdə olub.

Lakin Ağ Evin sözçüsü bildirib ki, Tramp Flinnin vitse-prezident Mayk Pensə inaqurasiyadan öncə yanvar ayında səfirlə o zaman prezident Barak Obamanın Moskvanın ABŞ seçkilərinə müdxilə ilə əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi sankiyaları müzakirə etmədiyini deyərək, ona yanlış informasiya verdiyi haqda nəticəyə gəlib.

Vitse-prezident Mayk Pens Maykl Flinnlə

Vitse-prezident Mayk Pens Maykl Flinnlə

Flinn istefa məktubunda o zaman vitse prezident seçilmiş Mayk Pens və başqalarına Rusiyanın ABŞ-dakı səfiri ilə telefon danışıqları barədə təsadüfən natamam məlumat verdiyini yazıb.

ABŞ Konqresində nüfuzu demokratlar kəşfiyyat orqanlarının keçən il Rusiyanın Birləşmiş Ştatlarda prezident seçkilərinə müdaxiləsinə dair çıxardığı nəticələrdən daha irəli gedərək, Rusiya və Flinn, habelə Trampın başqa müşavirləri arasında əlaqələrlə bağlı geniş təhqiqat aparılmasına çağırıb.

Flinnin istefasından sonra Tramp təqaüddə olan ordu generalı Keyt Kelloqu müvəqqəti olaraq Flinnin yerinə təyin edib.Eyni zamanda, Mərkəzi Kəçfiyyat Agentliyinin keçmiş direktoru Deyvid Petraes və hərbi dəniz qüvvələrinin keçmiş admiralı Robert Harvardın bu strateji vəzifəyə namizədlikləri keçirilir.

ABŞ mətbuatında verilmiş məlumatlara əsasən, Flinn və Kislyak Obama tərəfindən keçən il tətbiq edilmiş sanksiyaları müzakirə ediblər.

Pens və Trampın müşavirləri Flinnin verdiyi məlumata əsaslanaraq, onun sanksiyaların aradan qaldırılması məsələsini müzakirə etmədiyini deyiblər. Rusiyaya qarşı sanksiyalar hələ də qüvvədə qalır. Lakin Flinn yanvarın 20-də Trampın inaqurasiyasından sonra məsələnin gündəmə gələ biləcəyini bildirib.

Prezident milli təhlükəsizlik məsələləri üzrə müşavirə artıq etibar etmədiyi haqda qənaətə gəlib

Flinn və Kislyak arasında baş verən söhbət kimi danışıqlar ABŞ qanunlarının pozulması hesab edilə bilər. Belə ki prezident vəzifəsinin icrasına başladmadığı halda, ABŞ qanunları ilə özəl vətəndaşlarla xarici ölkə hökumətlərinin rəsmiləri arasında diplomatik fəaliyyətləri qadağan edilir.

Flinnin istefasına Rusiya hökuməti münasibət bildirib. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Flinnin istefası "amerikalıların daxili işidir, prezident Tramp administrasiyasının daxili işidir. Bizim işimiz deyil."

Lakin Rusiyanın qanunvericiləri Flinnin tez bir zamanda administrasiyanı tərk etməsi Moksva və Vaşinqton arasında münasibətlərin yaxşılaşdırılması cəhdlərinə qarşı yönəlib.

Dumada xarici əlaqələr komitəsinin sədri Leonid Slutski Flinnin itstefasının "neqativ siqnal" olduğunu deyib.

XS
SM
MD
LG