Accessibility links

Ağ Evdə Türkiyədə vəziyyət müzakirə edilib [Yenilənib]


ABŞ prezidenti Barak Obama bu gün səhər milli təhlükəsizlik və xarici siyasət məsələləri üzrə müşavirləri ilə Türkiyədə vəziyyəti müzakirə edib. Ağ Evin görüşlə bağlı açıqladığı bəyanatda prezidentin müşavirlərinin onu hazırkı vəziyyətlə bağlı məlumatlandırdıqları bildirilir. Bəyanatda deyilir ki, Obama Birləşmiş Ştatların Türkiyənin demokratik yolla seçilmiş mülki hökumətinə dəstəyini bir daha ifadə edib.

"Prezident komandasına diplomatik missiyalar və personalın, ABŞ-ın hərbi qulluqçuları və onların ailələrinin təhlükəsizliyinin təminat altına alınması üün türkiyəli həmkarları ilə birlikdə işləməyi tapşırıb"-bəyanatda deyilir.

Ağ Evin bəyanatında bildirilir ki, prezident Obama və onun komandası Türkiyədə bütün tərəflərin qanunun aliliyi çərçivəsində hərəkət etməli olduğunu və bundan sonra zorakılıq və qeyri-sabitiyə gətirib çıxara biləcək hərəkətlərə yol verməməli olduğunu qeyd edib.

"Prezident həmçinin Türkiyə ilə əməkdaşlığın davam etdirilməsinin mühüm olduğu ortaq problemləri, o cümlədən bizim terrorizmə qarşı apardığımız mübarizəni vurğulayıb "-bəyanatda deyilir.

Ağ Evin bəyanatında prezident Obamanın təhlükəsizlik komandasından vəziyyətlə əlaqədar məlumatlandılmasını istədiyi bildirilir.

ABŞ prezidenti Barak Obama və Dövlət katibi Con Kerri cümə günü axşam Türkiyədə vəziyyəti telefon söhbəti zamanı müzakirə edərək demokratik yolla seçilmiş hökumətə dəstək ifadə edib. Ağ Evin açıqladığı bəyanatda prezident Obamaın Con Kerridən hadisələrin inkişafı ilə bağlı məlumatlandırılmasını istədiyi bildirilir.

Türkiyə rəsmiləri cümə günü gecə hərbi çevrilişə cəhdin qarşısının alındığını bildiriblər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqı ölkədə vəziyyətə nəzarət etdiyinə və silahlı qüvvələrin bir hissəsi tərəfindən edilmiş hərbi çevriliş cəhdinin sona çatdığına əmin edib.

Baş nazir Binali Yıldırım bu gün xalqa müraciətində "insidentin bir hissəsinin hazırda başa çatdığını" deyib və çevrilişə cəhd edən 2839 əsgər və zabitin öz hərəkətlərinə görə cəzalandırılacaqlarını əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG