Accessibility links

Ağ Evin həyətində "drona bənzər" kiçik cihaz tapılıb


Ağ Evin sözçüsü Coş Ernest cihazın Ağ Evdə heç kəs üçün təhlükə yaratmadığını bildirib

Ağ Evin həyətində kiçik pilotsuz idarə edilən uçan cihazın tapılması iqamətgaha girişin məhdudlaşdırılmasına səbəb olub. Rəsmilər cihazı yoxlamağa başlayıblar.

Hadisənin bazar ertəsi gecə saatlarında baş verməsindən bir qədər sonra uçan qurğunun sahibi məsuliyyəti öz üzərinə götürüb və təsadüfən cihaza nəzarəti itirdiyini dedeyib. Rəsmilər onun Vaşinqton sakini olduğunu və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini bildirib.

Ağ Evin sözçüsü Coş Ernest prezident Obama və birinci xanım Mişel Obamanı Dehliyə səfər zamanı müşayiət edən müxbirlərə cihazın Ağ Evdə heç kəs üçün təhlükə yaratmadığını bildirib.

Cənab Obamanın iki qızının hadisə zamanı Ağ evdə olub-olmadığı bildirilməyib.

Gizli Xidmət agentliyi 61 santimetr uzunluğunda uçan cihazın dörd propelleri olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG