Accessibility links

ABŞ prezidenti Barak Obama nazirlər kabineti, vətəndaş cəmiyyəti liderləri, hüquq mühafizə rəsmiləri və digər Ağ Ev rəsmiləri ilə Ferqusondakı vəziyyəti müzakirə edir.

Bu gün keçirilən görüş zamanı hüquq mühafizə orqanlarını hərbi avadanlıqlarla təmin edən federal proqramlar nəzərdən keçiriləcək.

Daha sonra cənab Obama vətəndaş hüquqları liderləri ilə hüquq mühafizə orqanları və qara dərililər arasında inamsızlığı müzakirə edəcək. Dövlət və hüquq mühafizə rəsmiləri, icma rəhbərləri ilə görüşdə məhəllələrdəki təhlükəsizliyin artırılması yolları da müzakirə mövzusu olacaq.

Ferqusonda ötən həftə Münsiflər Məhkəməsinin 18 yaşlı qaradərili Mayk Braunu öldürən ağ polis zabitinə qarşı ittiham irəli sürməməsindən sonra etriaz askiyaları keçirilir.

XS
SM
MD
LG