Accessibility links

Görkəmli aktyor Əliağa Ağayevin 100 illiyi qeyd edilir [Müsahibə və filmdən kadr]

  • Nərminə Cəlalqızı

Əliağa Ağayev

Əliağa Ağayev


Azərbaycanın istər kino, istərsə də teatr səhnələrində öz təkrarolunmaz ifaları ilə yadda qalan və bu gün də sevilən aktyor, Azərbaycan CCR-in xalq artisti Əliağa Ağayevin 100 illik yubileyi qeyd edilir. Məşədi İbad, Hacı Qara və oynadığı bir çox rollarına görə sevilən Əliağa Ağayev teatr səhnəsinə yeniyetmə ikən gəlib. Atasını uşaq ikən itirən aktyor 7-ci sinifi bitirdikdən sonra tekniki-peşə məktəbinə gedir. Məktəbi bitirdikdən sonra “Paris Kommunası” adına zavodda işləməyə başlayan Əliağa Ağayev elə həmin zavodun dram dərnəyinə yazılır və dərnəyin hazırladığı teatr tamaşalarında oynayır.

Əliağa Ağayev

Əliağa Ağayev

Onun ilk rolları Mirzə Fətəli Axundovun “Hacı Qara” komediyasındakı Hacı Qara, Jül Verinin “Kapitan Qrantın uşaqları” əsərindəki Jak olur. Bundan sonra isə Əliağa Ağayev kinoya çəkilməyə başlayır və ona ən böyük şöhrəti “O olmasın, bu olsun” fimindəki Məşədi İbad surəti gətirir. 1961-ci ildən Azərbaycan Dram Teatrında fəaliyyətə başalayn Əliağa Ağayev 22 il bu teatr səhnəsində çalışır.

Yazıçı-dramaturq Əli Əmirli Əliağa Ağayevin yaradıcılığından daha geniş söhbət acdı, onun teatr və kinodakı rollarından danışdı.

Əli Əmirli Əliağa Ağayevin yaradıcılıq deapazonunun çox geniş olduğunu dedi və onun təkcə kinoda və teatr sənhnəsində deyil, televiziyada da gözəl roller ifa etdiyini bildirdi. Yazıçı Əliağa Ağayev irsinin yeni aktyor nəslinin yetişməsində böyük işlər görəcəyini dedi.
XS
SM
MD
LG