Accessibility links

Əfqanıstan qüvvələri İslam Dövlətinə qarşı geniş əməliyyata keçib


ABŞ-ın havadan yardımı ilə Əfqanıstan qüvvələri İslam Dövlətinə qarşı geniş əməliyyata keçib.

Nanqarhar vilayətinin paytaxtında müxbirlərlə danışan ordu sözçüsü Şirin Ağanın bildirdiyinə görə, qüvvələr Kot və Haska rayonlarında əməliyyat həyata keçirib.

Biz əfqan müttəfiqlərimizə ABŞ-ın hava da daxil edilməklə, döyüşlərdə dəstək verdiyini təsdiqləyə bilərik

O bildirib ki, əsk-İŞİD əməliyyatlarında ordu və polis qüvvələri iştirak edib.

“Biz əfqan müttəfiqlərimizə ABŞ-ın hava da daxil edilməklə, döyüşlərdə dəstək verdiyini təsdiqləyə bilərik” - deyə Amerikanın briqada generalı Çarlz Klevlend Amerikanın Səsinə yazılı bəyanatında bildirib.

İŞİD Əfqanıstanın Xorasan vilayətində 2015-ci ildən bəri kök salmağa çalışır.

Lakin əks-terror əməliyyatları qrupun Nanqaharın bir necə bölgəsindən başqa genişlənməsinə mane olub.

ABŞ qüvvələrinin Əfqanıstandakı komandiri, general Con Nikolson ötən həftə Konqres dinləmələrində Əfqanıstan hökumətinin ABŞ-ın yardımı ilə İŞİD-ə qarşı əks-terror əməliyyatlarında ciddi nailiyyətlər əldə edildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG