Accessibility links

Elm

Ağıllı avtomobillər [Video]


Biz mobil cihazlarımızda çox vaxt sərf edirik və telefonda demək olar ki hər şeyi edə bilmək imkanları avtomobil istehsalçılarının diqqətini çəkib.

Cim Bukzkovski: “Bizim hamımız istədiyimiz bir şeyi etmək üçün düyməyə basdığımızda hər şey hazır olur. Sizin üçün ora-bura gedib nəyisə etməyə ehtiyac yoxdur.”

Ford bu yaxınlarda FordPass mobil platformunu təqdim edib. Bu vasitə ilə sürücülər avtomobillərinin yerini tapa və dayanacaq pulunu ödəmək kimi xidmətləri yerinə yetirəcək.

“..burada ödəyəcəyimiz məbləğin təfsilatı yazılıb. Mən qəbul edirəm və QR kodu mənə dayanacaq yerinə keçməyimə icazə verir.”

Buick avtomobilindəki OnStar RemoteLink applikasiyası sürücüləri uzaqlıqdan aslı olmayaraq avtomobilləri ilə əlaqə saxlamağa imkan verir.

Stuart Fovli: “Bu avtomobil Detroytda olsa, mən bunu Nyu-Yorkdan çalışdıra bilərəm. Və ya deyək ki, bizim bir dənə açarımız var və mənim yoldaşım Detroytda avtomobilə minmək istəyir. Mən buradan qapıları aça bilərəm.”

Avtomobildə olan 4G LTE internet şəbəkəsi yeddiyə qədər mobil cihazın istədiyi vaxt qoşulmasına icazə verir.

Rob Peterson: “Biz insanların avtomobillərində evlərində olduğu kimi hiss etmələrini istəyirik. İnsanlar əvvəllər sadəcə sürücü kimi təcrübə qazanırdılarsa, indi hər yerlə əlaqə saxlaya bilirlər.”

Hər yerlə əlaqədə olmaq sizin məlumatları nə dərəcədə qoruyur?

Cim Bukzkovski: “Özünüz haqda məlumatları təqdim edərək şəxsi hesab qurmaq mühümdür. Lakin əlbəttə ki, bu, müştərilərə seçim olaraq təqdim olunacaq.”

Bəzi müştərilər üçün isə bu problem deyil.

Stefani Brinli: “Gənc müştərilər yaşlı insanlarla müqayisə etdiyimizdə öz məlumatlarını paylaşmaqdan çəkinmirlər.”

Bizim mobil cihazlarımızın nə qədər inkişaf etdiyini görmək üçün sadəcə sükan arxasına keçmək kifayətdir.

XS
SM
MD
LG