Accessibility links

Ağıllı marketinq planı - İcmaya töhfə ver [Video]


Ağıllı marketinq planı - İcmaya töhfə ver
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Ağıllı marketinq planı - İcmaya töhfə ver

Universitet tələbələri yoxsul mühacir ailələrinin uşaqlarına ev tapşırıqlarını etməyə yardım edirlər

İctimai xidmətlə müştəriyə xidmətin birləşdirilməsi yaxşı əməldir. Vaşinqton Adventist Universitenindən bir qrup tələb bunu sübut edib. Hər cümə axşamı biznes tələbələri cəmaşirxanada yoxsul mühacir ailələrinin uşaqlarına ev tapşırıqlarını etməyə və ingilis dilini öyrənməyə yardım edirlər. Repetirorluq qrupun böyük missiyasının bir hissəsini təşkil edir. Onların məqsədi cəmaşirxana sahibinə yeni müştərilər cəlb etmək və biznesini böyütməyə yardım etməkdir.

Biz balaca uşaqlara ev tapşırıqlarını yerinə yetirməyə kömək etmək istəyirik. Onların çoxu ingilis dlini yaxşı bilmir. Ona görə də biz çalışırıq ki, onlar dərslərini başa düşsünlər

Həftədə bir gün bu məhəllədəki valideyinlər çirkli paltarlarını və uşaqlarını Rainbow Landromatında gətirir.

Onlar paltarlarını yuyan zaman uşaqlar dərsləri ilə məşğul olurlar.

“Biz balaca uşaqlara ev tapşırıqlarını yerinə yetirməyə kömək etmək istəyirik. Onların çoxu ingilis dlini yaxşı bilmir. Ona görə də biz çalışırıq ki, onlar dərslərini başa düşsünlər, çünki evdə valideyinləri də onlara kömək edə bilmir.”

Vaşinqton Aventist Universitetində biznes oxuyan repetitor Heather Alas bu prossesdən hamının qazandığını deyir.

“Valideyinlər həmişə bizə çox minnətdardırlar, çünki onlar anlayır ki, uşaqlarını bura gətirmək onları gələcəkdə müvəffəqiyyətli edəcək.”

Proqram bu icmada böyük bir nemətə çevrilib.

“İlk başlayanda beş uşaq var idi. İndi isə müntəzəm şəkildə 20 uşaq gəlir,” deyə Kristin Sumampau bildirir.

Valideyinlər həmişə bizə çox minnətdardırlar, çünki onlar anlayır ki, uşaqlarını bura gətirmək onları gələcəkdə müvəffəqiyyətli edəcək

Kristin Sumampau cəmaşirxana sahibi Nok Kim ilə marketinq planı üzərində işləyən biznes tələbələrindən biridir. O, repetitorluq proqramının müştəri sadiqlyi yaratdığını deyir.

“Nok müştərilərinə qarşı çox mehribandır. Ona görə də biz burada onun icmasına kömək edəcəyi bir proqram yaratmaq qərarına gəldik.”

Repetitorluq proqramına başlamazdan öncə tələbələr buranı təmir ediblər.

“Biz onun üçün yeni loqo da hazırlayırıq.”

Layihə ötən il Nok Kimin Vaşinqton Aventist Universitetinin biznes departametninin sədri Kimberli Pişodan tələbələri üçün yardım istəməsi ilə başlayıb.

“Biz onunla işləməyə başlayanda, onun işləri pis gedirdi. Biz də ona görə yardıma gəldik. O hətta biznesini bağlamağı düşünürdü,” deyə Kimerli Pişo bildirir.

Amma indi Nok hər şeyin dəyişdiyini deyir.

Bu layihə beynəlxalq sahibkarlıq proqramı Enactusun tərkib hissəsidir. Proqram 40 il bundan əvvəl ABŞ-da fəaliyyətə başlayıb və 36 ölkədə 1700-dən çox universitetdə tətbiq olunur.

Onların bu təcrübədən öyrəndikləri dərsdə öyrəndiklərindən daha dərindir
Kimberli Pişo

“Onlar tələbələr məzun olmadan onlara təcrübə ilə təmin etmək istəyirlər. Ona görə də biz bizneslər və icmalar ilə əməkdaşlq edirik. Biz icmalara xeyirli layihələr tərtib edirik,” deyə Kimberli Pişo bildirir.

Tələbələr həm sahibkarlara kömək edir, həm də təcrübə qazanır.

“Onların bu təcrübədən öyrəndikləri dərsdə öyrəndiklərindən daha dərindir”

Tələbələr uşaqlara repetitorluq etməklə yanaşı ,bizneslərə yardım etməyi sadəcə universitet layihəsinin bir hissəsi kimi görmürlər. Onlar bunu etməklə icmaların imkanlarını artırdıqlarını düşünürlər.

XS
SM
MD
LG