Accessibility links

Ağlayan körpənin nə istədiyini deyən inqilabi applikasiya [Video]


Təsisçilər deyir ki, bu applikasiya 92 faizlik dəqiqlik göstərib

Yeni ilə texnologiya aləmi də yeni texnologiyalarla daxil olur. Onlardan biri də yenicə doğulmuş körpələr ağlayarkən onların nə istədiyini müəyyən etməkdə valideynlərə kömək edən inqilabi applikasiyadır.

Övladı yenicə dünyaya gəlmiş bir valideyn üçün uşağın dayanmadan ağlamağı kimi əsəbverici və stresli bir şey ola bilməz.

Görəsən o, acdı? Yoxsa mədəsində ağrılar var? Bəlkə də altını batırıb.

İndi Tayvanda valideynlərin bəziləri bu sahədə azacıq da olsa yardım ala bilir.

Hazırda yalnız Çin dilində işləyən yeni mobil applikasiya körpənin ağlamaq səsini yazaraq onun nə istədiyini valideynlərə deyir.

Yeni doğulmuş körpənin ağlama səsini qeyd edən applikasiya onu məlumat bazasındakı digər ağlama səsləri ilə müqayisə edərək uşağın nə istədiyini bildirir.

"Körpənin Ağlama Tərcüməçisi uşağın ağlamağının 4 müxtəlif statusunu müəyyən edə bilir. Buraya onun ac olması, bezinin dəyişilməli olması, yuxulu olması və ağrılarının olması daxildir. İstifadəçilərdən aldığmız rəylərə görə, applikasiya indiyədək 2 həftədən aşağı uşaqlarda 92 faizlik dəqiqlik göstərib" - deyə appkikasiyanın yaradıcısı Çanq Çua Yu bildirir.

Bir və ya iki aylıq uşaqlarda isə bu dəqiqlik 85 faizə düşür. Applikasiyanın 4 aylıq uşaqlar üçün dəqiqliyi 77 faizdir.

"Bizim kimi yeni valideynlərin ən çox qorxduğu şey körpənin ağlaması və onun nə istədiyini bilməməyimizdir. Nə edəcəyimizi bilməyəndə bu applikasiya bizə kiçik məsləhətlər verə bilir və bu yolla növbəti addımımızın nə olacağını bilirik" - deyə övlədı yenicə dünyaya gəlmiş ata Quo Yanq Ming bildirir.

Ağlama səsini yazandan sonra applikasiya onu məlumat bazasındakı 200 min fərqli ağlama səsi ilə müqayisə edir və səs tonundakı fərqliliyi müəyyən edir.

Applikasiyanı yaradanlar deyir ki, 6 aydan sonra bu tətbiq işləmir, çünki o yaşdan sonra körpələrin səsinin tonu ətrafdakı şəraitə görə dəyişir.


Ancaq körpələrin doğulduğu ilk anlarda bu appliyasiya valideynlərə böyük kömək ola bilər.

XS
SM
MD
LG