Accessibility links

Taliban : Anas Haqqaninin həbsinin arxasında ABŞ qüvvələri durur


Taliban Haqqani şəbəkəsinin təsisçisinin kiçik oğlunun həbsinin arxasında ABŞ qüvvələrinin durduğunu iddia edir.

Əfqanıstanın təhlükəsizlik rəsmiləri Cəlaluddin Haqqaninin oğlu Anas Haqqani və onunla bərabər yaraqlıların hərbi komandiri olduğundan şübhələnilən Hafiz Rəşidin Əfqanıstanın cənub bölgəsində cümə axşamı günü ələ keçirildiyini bildirib.

Taliban isə Kabil rejiminin onları həbs etdiyinə dair məlumatın yanlış olduğunu bildirərək, onların Amerikanın Bəhreyndəki qüvvələri tərəfindən həbs edildiyini, daha sonra Qətərə göndərildiyini və oradan əfqan rəsmilərinə təhvil verildiyini deyib.

Universitetin son kurs tələbəsi olan Anas deyib ki, Rəçidlə onun Talibanla heç bir əlaqəsi yoxdur, onlar Qətərə Quantanamo məhbəsindən yenicə azad edilən qohumları ilə görüşmək üçün getmişdi.

Əfqanıstanın Milli Təhlükəsizlik Direktoratının sözçüsü Əbdül Hasib Sediqi Anasın islamçıların şəbəkəsinin əməliyyat və strateji qərarlarında birbaşa istirak etdiyini deyib.

Əl-Qaidə ilə əlaqəsi olan Haqqani şəbəkəsi Pakistanın sərhəd Şimali Vəziristan bazalarından NATO və əfqan mövqelərinə qarşı hücumlara görə ittiham edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG