Accessibility links

Rəsmilərin bildirdiyinə görə, Şərqi Azərbaycan vilayətinin təqribən 150 min əhalisi olan Əhər şəhərində bir il ərzində yaşı 15-dən aşağı 114 qız uşağının nikahı rəsmi dairələrdə qeyd olunub.

Bu məlumatı Tasnim xəbər agentliyinə müsahibədə 1394-cü hicri ilində (2015-ci il 21 mart-2016-cı il 20 mart) Əhərdə qeyd edilmiş nikahların statistikasını açıqlayan vətəndaşlıq vəziyyəti akları idarəsinin başqanı İbrahim Niknəzər verib.

Tasnim-in xəbərində evləndirilən uşaqların dəqiq yaşlarına dair məlumat yoxdur. Keçən illərdə İranın müxtəlif vilayətləri, o cümlədən, Şərqi Azərbaycanda erkən yaşda evləndirilən uşaqlar arasında 10 yaşdan kiçik qızların da mövcud olduğu bildirilib.

İranda dövlət qurumları tərəfindən açıqlanan rəsmi statistikalara görə, ölkədə hər il 10 minlərlə yaşı 15-dən aşağı olan qız uşaqlarıın nikahı qeyd edilir.

Hüquq müdafiəçiləri İran İslam Respublikası qanunlarında kiçik yaşlarda evləndirilməyə icazə verilməsindən əlavə, yoxsulluq, maarifləndirmənin olmaması və etnik ayrı-seçkilik kimi amillərin də erkən yaşda evləndirilən qızların sayının artmasına yol açdığını bildirirlər.

Norveçdə yaşayan güneyli psixiatr və qadın haqları fəalı Simin Səbri daha əvvəl Amerikanın Səsinə verdiyi müsahibədə ana dilində təhsil haqqı və mediadan məhrum olan bölgələrdə erkən yaşda evləndirilən qız uşaqlarının sayının daha çox olduğunu önə çəkib.

XS
SM
MD
LG