Accessibility links

Mahmud Əhmədinejadla Ayətulla Əli Xameneyi arasında İranın siyasi gələcəyi ilə bağlı mübahisələr davam edir

İranın iki yüksək səviyyəli rəsmisi arasında ölkənin informasiya naziri vəzifəsi uğrunda siyasi mübarizə gedir. İran parlamentinin 200-dən artıq üzvü prezident Mahmud Əhmədinejada Heydər Moslehinin informasiya naziri vəzifəsinə bərpa edilməsi tələbi ilə məktub ünvanlayıb. Prezidentdən ali ruhani rəhbərin göstərişinə əməl etməsi istənilib. Son aylar dövlət mətbuatında prezident Mahmud Əhmədinejadla Ayətulla Əli Xameneyi arasında İranın siyasi və sosial gələcəyi ilə bağlı mübahisələr getdiyi bildirilir. Bazar günü istefasını bəyan edən Moslehinin tələbi prezident tərəfindən qəbul edilib. Lakin Ayətulla Əli Xamaneyi onun istefasının əleyhinədir.

XS
SM
MD
LG