Accessibility links

Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib ki, şənbə günü Ankarada 97 adamın ölümülə nəticələnmiş intiharçı hücumlarına görə əsas şübhəli İŞİD-dir.

Davudoğlu rəsmilərin bomba hücumçularından birinin şəxsiyyətinin müəyyən edilməsinə yaxın olduğunu və dəlillərin “müəyyən qrupa” işarə etdiyini bildirib. Onun sözlərinə görə, “intiharçıların buraya necə gəldiyi müəyyən edilib.”

Türkiyə qəzetləri rəsmilərin İslam Dövləti qrupunun döyüşçüləri olduğuna inanılan azı 16 nəfərin ailə üzvlərindən DNK nümunələrinin götürüldüyünü və bunların hücumçuların DNK-ları ilə müqayisə edildiyi haqda məlumat verib.

Sülh yürüşü zamanı törədilmiş bomab hücumlarının məsuliyyətin hələlik heç kəs öz üzərinə götürəmyib. Partlayışlar nəticəsində 160-dan çox adam müxtəlif xəsarət alıb.

Əhməd Davudoğlu bomba hücumlarının Türkiyədə noyabrın 1-i parlament seçkilərinə təsir göstərmək məqsədilə törədildiyini, lakin səsvermənin təyin edilmiş vaxt keçiriləcəyini bildirib.

Baş nazir Əhməd Davudoğlu Türkiyə xalqını terrorizmə qarşı mübarizədə birliyə çağırıb. Hücuma görə məsuliyyəti heç kəsin öz üzərinə götürmədiyi şəraitdə Tükriyədə rəqabət aparan qruplar hadisəyə görə bir-birini günahlandırır.

İqtidarda olan Ədalət və İnkişaf partiyasından qanunvericilər bomba partlayışlarının kürd separatçılarının hökuməti pis vəziyyətdə qoymaq səyləri olduğunu bildirir, başqaları isə kürd tərəfdarı HDP partiyasını seçkilərdən öncə populyarlıq qazanmaq məqsədilə öz tərəfdarlarının yürüşündə bomba partlayışları törətməkdə ittiham edir.

XS
SM
MD
LG