Accessibility links

Əhməd Obalı: Məramımız millətə hüququnu tanıtmaqdır [Audio]


Günaz TV-nin qurucusu Əhməd Obalı
Günaz TV-nin qurucusu Əhməd Obalı
Günaz TV-nin qurucusu Əhməd Obalı Amerikanın Səsinə müsahibədə yaratdığı telekanlın yaranma tarixi və hazırkı fəaliyyəti haqda danışıb. Iran Azərbaycanına Pəncərə proqramının qonağı Günaz TV-nin dünyada yaşayan azərbaycanlılar üçün bir forum olduğunu və tərəf saxlamadan Azərbaycan insanının hüquqlarını və mədəniyyətini təşviq edir.

Əhməd Obalı ilk öncə yarananda televiziyanın fəaliyyətində üzləşilən sınaqlar haqda danışdı, və vaxt ötdükcə artan sayda başqalarının fəliyyətə qoşulduğunu və telekanlın media məkanında yerini möhkəmləndirdiyini bildirdi. O, azərbaycanlı icmasının bütün guşələrindən Günaz TV-ni çiçəklənməsinə yardım edildiyini qeyd etdi.

Cənab Obalı proqramda tamaşaçı iştirakının mühüm olduğunu qeyd edərək canlı telefon zəngləri ilə müşayiət olunan seqmentlərin populyar olduğunu vurğuladı. Azərbaycan Respublikası isə əməkdaşlığa gəldikdə, Günaz TV-nin banisi həm hökumət, həm də müxalifətlə normal münasibətlər saxlanıldığını bildirdi. İranın Azərbaycan Respublikasına Səhər TV yayımladığını vurğulayan Əhməd Obalı Bakıdan Günaz TV-nin yayımlanmamasına əsas görmədiyini qeyd etdi.

Günaz TV-nin gələcək planları və məramları haqda danışan cənab Obalı İranda Azərbaycan türklərinin durumu haqda informasiya mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini bildirdi. O, İran Azərbaycanında insanların dil və başqa fundamental hüquqlarının pozulduğunu deyərək, rəhbərlik etdiyi telekanlın bu problemlərin aradan qaldırılmasında yardımçı olacağına ümidini ifadə etdi.
please wait

No media source currently available

0:00 0:12:33 0:00
Direct link

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG