Accessibility links

Şahvələd Çobanoğlu: Rusiya müxalifətçilərinin əhval-ruhiyyəsi yüksəkdir (AUDİO)


Şahvələd Çobanoğlu: Rusiya müxalifətçilərinin əhval-ruhiyyəsi yüksəkdir (AUDİO)
Şahvələd Çobanoğlu: Rusiya müxalifətçilərinin əhval-ruhiyyəsi yüksəkdir (AUDİO)

"Azadlıq" qəzetinin jurnalisti və siyasi fəal Şahvələd Çobanoğlu bu günlərdə Rusiyada olub, orada keçirilən müxalifət nümayişlərində iştirak edib. Şahvələd bəy Moskvadakı təəssüratlarını Amerikanın Səsi ilə bölüşüb. Onun sözlərinə görə küçələrə axışan insanlarda nikbin əhval ruhiyyə var və rus demokratlar öz mübarizələrində əzm göstərirlər. Keçmişlə müqayisədə baş nazir və hazırda prezidentliyə namizəd Vladimir Putinin cəmiyyətdə reytinqləri o qədər də yüksək deyil. “Rusiyada insanlar anlayırlar ki, daha belə yaşamaq olmaz,” deyə Şahvələd bəy bildirir. Rusiya ilə Azərbaycan arasındakı oxşarlıqlara gəldikdə, müsahibimiz hər iki ölkədə vəziyyətin acınacaqlı olduğunu qeyd etdi və siyasi sistemlərin avtoritar mahiyyət daşıdığını vurğuladı. Onun sözlərinə görə Azərbaycanda olduğu kimi Ruiyada da seçkilər mütəmadi qaydada satalaşdırılır, ölkənin sərvətləri korrupsioner üsullarla talanır. Şahvələd Çobanoğlu Rusiyada demokratiyanın qalib gələcəyi təqdirdə bunun keçmiş Sovet məkanına güclü təsir göstərəcəyi qənaətindədir.

XS
SM
MD
LG