Accessibility links

Şahzadə Harri hərbi təlimlərə davam edir


Şahzadə Harri hərbi təlimlərə davam edir
Şahzadə Harri hərbi təlimlərə davam edir

Britaniya şahzadəsi Harri ən yaxşı pilot yardımçısı və atıcı kimi təlimi başa vurduqdan sonra döyüş zamanı Apaçi hərbi vertolyotlarında uçuşda iştirak edə bilər.

Britaniya Müdafiə Nazirliyinin rəsmisi dünən hərbi qüvvələrdə Kapitan Uels kimi tanınan şahzadə Harrinin təlim qrupunun üzvləri tərəfindən ən yaxşı pilot yardımçısı və atıcı kimi tanındığını deyib.

Britaniya taxtına üçüncü namizəd Şahzadə Harri on səkkiz ay Britaniyada və ABŞ səhra və dağlıq ərazilərində təlimlər keçib.

Britaniya Müdafiə Nazirliyi bildirib ki, şahzadə Harri indi Apaçi vertolyotlarında daha da çox təcrübə toplamaq üçün Britaniyada intensiv uçuş təlimləri keçəcək.

O, 2007-ci ildə Əfqanıstanda qısa müddətli hərbi xidmət keçmiş və oraya yenidən qayıtmağı istədiyini bildirmişdi. Müdafiə Nazirliyinin rəsmiləri gələcək hərbi yerləşdirmələr barədə heç bir plan təsdiq etməyib.

XS
SM
MD
LG