Accessibility links

Şahzadə Vilyam iki rus gəmiçisini xilas edib


Şahzadə Vilyam iki rus gəmiçisini xilas edib
Şahzadə Vilyam iki rus gəmiçisini xilas edib

Britaniya Kral Hava Qüvvələrinin pilotu Şahzadə Vilyam İrlandiya dənizində batan rus karqo gəmisinin heyətinin axtarışına qatılıb. Yük gəmisi dənizdə baş verən fırtınada yoxa çıxıb.

Qayığa sığınmış iki ekipaj üzvünü şahzadə Vilyam tərəfindən idarə olunan helikopter xilas edib. Ekipajın başqa beş üzvü itkin düşüb. Birinin öldüyü təsdiq olunub.

Sahil patrul xidməti Kuk Adası bayrağı altında üzən Swanland gəmisinin iri dalğa tərəfindən əzilməsindən sonra həyəcan siqnalı göndərdiyini bildirib. Hadisə şimali Uels sahillərində baş verib.

Rəsmilər gəminin Uelsdən Vayt adasına minlərlə ton çay daşı apardığını bildiriblər.

XS
SM
MD
LG